fbpx

Cənubi Qafqazda ən çox əhalisi olan şəhərin problemləri və çətinlikləri

3 July 2018
Memarların dediklərinə görə,  dənizkənarı və sahil zonalarında hündürmərtəbəli binaların tikintisi Tikinti norma və qaydalarına uyğun deyil. (Vəfa Zeynalova /OC Media)

Azərbaycanda iş imkanlarının və regionlardakı inkişaf perspektivlərinin məhdudluğu əhalinin paytaxta axınına səbəb oldu. Bakı əhalisinin kəskin artımı şəhər infrastrukturuna olan gərginliyi daha da artırdı. Şəhər sakinlərinin qarşılaşdığı problemlərin arasında qazın vaxtaşırı kəsilməsi, zibilliklərin yığışdırılmasında idarəçilik problemləri, su qıtlığı və yol tıxacları var.

Bir rayonun taleyi

Səbinənin uşaqlığı boş yer mənzərəsi ilə keçib — bitməyən metro tikintisi, yağışla uçurdulmuş quyular — olduqca kədərli mənzərə idi. “1985-ci ildə burada (Həzi Aslanov — Bakının işçi rayonlarından biri) — o, OC Mediaya danışır, — burada ancaq betondan tikilmiş doqquzmərtəbələr və “xruşovkalar” var idi. Valideynlərim belə uzaq yerlərə getmək heç istəmirdi, amma onları vədlərlə cəzb etdilər — deyirdilər ki. Beş ildən sonra burada metro stansiyası tikiləcək”.

“Həzi Aslanov” metro stansiyasını lakin 2002-ci ildə istismara verdilər. Bundan sonra, yağışdan sonra çıxan göbələk kimi, yaşayış məhəllələri böyüməyə başladı. “Yadımdadır, uşaq olarkən, eyvana çıxanda, evimizin qarşısındakı doqquzmərtəbələri görürdüm, aralarımızda xeyli boş yer var idi. Doxsanınçı illərdə, işığımız keçəndə, onlara baxıb bələdləşirdik. İndi yeni tikililər arxasında onlar heç görünmür”.

Şəhərin əhalisi doxsanıncı illərdə böyüməyə başladı. Əvvəlcə — məcburi köçkün və qaçqınların şıhırı axını ilə, daha sonra — neft bumu ilə əlaqədar, paytaxta ölkənin müxtəlif regionlarından iş axtaranlar gələndə. 1992-cı ildə, Səbinə məktəbdə oxuyan zaman, sinfində demək olar ki, hər gün yeni gələnlər var idi. İndi bu rayonda yenitikililər və supermarketlər var, amma tikinti hələ də davam edir. Bura həm regionlardan, həm də elə şəhərin mərkəzindən köçənlər var.

Həzi Aslanov metrosunun yaxınlığında dörd yeni tikili bina uşaq meydançasına çıxır. Bu məhəllənin sakinləri fərəhlənirlər: elə burada, həyətlərində həyat üçün hər bir zəruri müəssisə var — bərbərxanamı olsun, diş həkimi ya supermarket, xırdavat və tikinti mağazaları, ucuz kafe və uşaq baxçası — həyətdən kanara çıxmaq heç ehtiyac yoxdur.

Həmçinin burada axşamlar böyük bir zibilliyə çevrilən sahə də var. Məhəllədə çox sayda insan yaşadığı üçün kommunal xidmət zibilliyi yığışdırmağı hər zaman çatdırmır. Zibil yığışdıran maşınlar gündə iki dəfə gəlir, amma konteynerlər qısa bir zamanda yenə də dolur.

Rəqəmlər nəyə görə düz gəlmir?

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Bakıda 2,26 mln insan yaşayır — amma ekspertlər bu rəqəmlərə etibar etmir. Qeyri-rəsmi məlumatlara görə, şəhərin əhalisi 3,5 milliondan 4,5 millionadək çatır.

Advertisements

Qanunverıcıliyə əsasən şəhərə müvəqqəti yaşayışa gələn şəxs qeydiyyata durmalıdır. Mülki məsələlər üzrə hüquqşünas Emin İsayevin sözlərinə görə, bu, çox nadir hallarda icra olunur. “Bakıya gələn şəxs yerli polis bölməsində qeydiyyata durmalıdır. Bunun üçün isə icarə müqaviləsi bağlanmalıdır. Qaydalar üzrə bu müqavilə notarius tərəfindən təsdiq olunmalıdır, sonra isə vergi ödəmə məqsədi ilə təqdim edilməlidir. Əslində isə sadəcə icarədar və icarəyə alan arasında bağlanan müqavilə qeyri-rəsmidir”, — o, dedi.

Şəhərdə əhalinin həddindən çox olması tıxaclara səbəb olur (Vəfa Zeynalova /OC Media)

İqtisadçı Toğrul Maşallanın qənaətinə görə, mövsümi təsərrüfat işləri olmayan zamanı Bakının əhalisi 5 mln nəfərə çata bilir. “Göstəricilərdə fərqlər onunla əlaqədardır ki, Dövlət Statistika Komitəsi əhalinin sayını hesablayarkən, sakinləri rəsmi qeydiyyatına görə hesablayır. Bu məlumatlar isə reallıqdan bir qədər uzaqdır — nə qədər belə olub ki, mənzildə qeydiyyatda bir nəfərdir, amma faktiki olaraq beş nəfər yaşayır. Və ya bir şəxs üç — dörd mənzildə qeydiyyatdadır, amma birində yaşayıb digərlərini icarəyə verir. Digər tərəfdən, əhalinin siyahıya alınması da formal şəkil daşıyır — siyahıya alanlar nadir hallarda evləri gəzib sakinləri qeydiyyata alırlar”, — iqtisadçı OC Mediaya dedi.

Şəhərçilik üzrə ekspert Anar Vəliyev OC Mediaya danışdı ki, əhalinin qeydiyyatında çətinliklər nəqliyyatda olan vəziyyəti çətinləşdirir: “Bunun təsiri kimi, biz nəqliyyatın hərəkətini planlaşdıra bilmirik — məsələn, bir xətt üçün nə qədər avtobus lazımdır, metroda qatarlar hansı tezliklə gəlməlidir, və s.”.

Əhalinin çox olması yollarda tıxaclara da gətirir. Son illərdə yeni yolların tikintisinə, yol qovşaqlarının yaradılmasına, şosselərin enləşdirməsinə baxmayaraq, tıxaclara olan vəziyyəti bu, o qədər də dəyişmədi. Memar Aysel Hüseynova hesab edir ki, yük nəqliyyatı üçün ayrı yollar tikilməlidir.

Əhalinin çoxluğu və infrastruktur

Bakının inkişafı üzrə ümumi plan hələ 180 — ci illərdə təsdiq edilib və, formal olaraq, indiki vaxtadək qüvvədədir. Bu plana əsasən, 2000-ci illərin əvvəli üçün Bakının əhalisi 2,26 mln nəfər təşkil etməli idi. Amma hər halda plan yalnız kağızda mövcuddur. Şəhərdəki tikinti xaotik olaraq gedir, kommunal infrastruktur isə sovet vaxtından bəri yenilənməyib. Bununla belə, 1989-1994 ildə yaranan və 1,780 mln insan üçün hesab edilmiş infrastruktur halhazırda 4,5 mln yaxın insanın xidmətindədir. Şəhərin bir çox kommunal problemləri də bununla əl qəddardır.

Bu problemlərin arasında boru kəmərlərinin çatışmamazlığı, qaz təchizatı şəbəkəsinə həddindən artıq düşən gərginlik, köhnəlmiş kanalizasiya sistemi də var. Gur yağış zamanı şəhərin bəzi rayonlarını su basır, və bu, nəqliyyatın hərəkətində maneələr yaradır.

(Vəfa Zeynalova /OC Media)

“Kaspian Barrel” Neft araşdırmaları Mərkəzinin direktoru Ilham Şaban kommunal infrastrukturun acınacaqlı vəziyyətini sovet dövründən sonrakı illərdə Bakıda və bakıətrafı ərazilərdə əhalinin artması, İlham bəy bununla birgə müvafiq kommunikasiyaların yaradılmaması ilə bağlayır. O, qeyd edir ki, sökülmüş beşmərtəbəli binaların əvəzində hündürmərtəbəli binaların və kommersiya obyektləri tikilib, tikinti üçün isə hər bir boş sahədən istifadə edilir.

"Xaricdə əvvəlcə infrastruktur yaradılır, sonra isə binalar tikilir, — Ilham bəy qeyd edir, — Biz isə yalnız beş — altı il bundan əvvəl infrastruktura diqqət yetirməyə başladıq, halbuki bunu heç olmasa on beş il bundan əvvəl etmək lazım idi”. Onun sözlərinə görə, kommunal infrastrukturundakı problemlər hər dəfə soyuqlar ın başlanması ilə qaz təchizatında hiss olunur.

Qeyri-mərkəzləşmə problemin həlli kimi

Iqtisadçı Toğrul Maşallı hesab edir ki, kommunal infrastrukturun problemlərinin həlli regionların inkişafı ilə qismən həll edilə bilər. Ölkənin digər ərazilərində iş tapmayan əhali Bakıya köçür. Paytaxtda qiymətlər yüksək olsa belə, qazanmaq imkanları da var.

Memar Aysel Hüseynovanın OC Mediaya dediklərinə görə, “gənclər təsərrüfat ilə məşğul olmaq istəmir, ona görə də təhsil və iş üçün Bakıya gəlir. Ali mərkəzlərin əksəriyyəti Bakıda yerləşir, elə iş yerləri də buradadır. İzdiham yaranır, yaşayış evlərinin və avtonəqliyyat vasitələrinin sayı artır, bu isə ekoloqiyaya mənfi təsir göstərir”.

Şəhərçilik üzrə ekspertlərin mövqeyinə görə, Bakıda daimi tikinti yaşayış yerlərində tələbat ilə yox, özəl tikinti şirkətlərinin imkanları ilə bağlıdır. (Vəfa Zeynalova /OC Media)

Bu vəziyyətdən çıxış yolunu memar inzibatı idarələrinin və ali məktəblərinin şəhərdən kanara çıxarılmasında görür. O, universitetləri ölkəni digər iri şəhərlərinə — məsələn, Gəncə və Şəmkirə — keçirməyi təklif edir. “İri biznesi də regionlarla bölüşdürmək olar, — memar məsləhət görür, — həm də elə bir şəkildə ki, hər bir regionun öz spesifikası olsun. Həm də ki, sovet dövründə olan ali məktəblərdən sonrakı bölüşdürmə sistemini də bərpa etmək yaxşı olardı. O zaman Bakıdakı izdiham azala bilər”.

Digər tərəfdən, şəhərçilik üzrə ekspert Anar Vəliyevin fikrinə götə, demoqrafik vəziyyət heç də əsas amil deyil: “Bakı üç, dörd, hətta beş milyon adam qəbul edə bilər. Əsas problem əhalinin sayında yox, düzgün planlaşdırma və müxtəlif sahələrin — məsələn, nəqliyyatın, infrastrukturun — idarəçiliyindədir.” Onun sözlərinə görə, ümumiyyətlə optimal əhalisi olan şəhər ola bilməz — iri şəhərlərdə əhali həmişə həddindən artıqdır. “Məsələ əhali özünü şəhərdə rahat, təhlükəsiz, münasib ekoloji mühitdə hiss etməsi üçün hansı strategiyalardan istifadə edilir”, — ekspert söyləyir.

“Bakı otuz il əvvəl kimi qala bilməz”

Sovet vaxtı şəhərdə yaşıllıq bol idi, bir çox binalardan dənizə mənzərə açılırdı. Şəhərsalma normalarına uyğun olaraq, dənizkənarı sahələrdə hündürmərtəbəli binaların tikintisi qadağandır, memar Aysel Hüseynova qeyd edir. Indi həm vəziyyət, həm standartlar dəyişib: “Böyük kapital axınına görə, iş adamları hətta kiçik sahələrdə ev tikməyə hazırdılar”.

Şəhərçilik üzrə ekspert Anar Vəliyevin sözlərinə görə, Bakıdakı daimi tikinti prosesi yaşayış sahəsində tələbatla yox, özəl tikinti şirkətlərinin imkanları ilə bağlıdır. “Tikilən binların sayı nə dərəcədə tələbata uyğundur — bunu heç kəs deyə bilməz”, — o, deyir.

Şəhər əhalisinin kəskin böyüməsi şəhər infrastrukturuna olan gərginliyi daha da artırdı. Vaxtaşırı qınaq kəsilməsi, su qıtlığı və yol tıxacları meqapolisin problemlərindən bəziləridir. (Vəfa Zeynalova /OC Media )

Bu gün Bakının orta sakininə sovet vaxtdakından xeyli çox kvadrat metr sahəsi düşür, Vəliyev qeyd edir. On kvadrat metrlik otaqda üç uşağın yerləşməsi, bir otaqlı mənzildə isə bir neçə nəsilin birgə yaşamaları vaxtları artıq keçib. Buna baxmayaraq, yaşlı nəslin təmsilçiləri, “köhnə bakılılar” keçmişi nostalji ilə xatırladır.

Anar Vəliyev hesab edir ki, “sosioloji nöqteyi nəzərdən, sovet vaxtından Bakını şəhər adlandırmaq çətin idi”. Onun fikrinə görə, Bakı daha çox inzibati mərkəzə, böyük bir kəndə bənzəyirdi. “O illərin Bakısında hamı bir-birini tanıyırdı, öyrəşdikləri sosial mühitdən çıxmadan, digərin həyatındakı baş verənlər bütün icmaya məlum olurdu”. Şəhərçilik üzrə ekspertin sözlərinə görə, böyük şəhərin əsas cizgiləri — anonimlik və müxtəliflikdir. Bu deməkdir ki, Bakı yalnız indi əsl mənada şəhərə çevrilir: “Qonşunu, qarşınıza çıxanları heç tanımırsınız”. Ekspertin dediklərinə görə, insanlar köhnə küçələrin cazibəsinə həddindən artıq qiymət verməyə meyllidirlər. “Bakı otuz il bundan əvvəl olduğu kimi qala bilməz — bu, heç düzgün də deyil. Şəhər inkişaf edir, ona gorə də dəyişir. Və ilk növbəti cəmiyyətdə qəbul olunan sosial əlaqələri qurban verməli oluruq. Patriarxallıq gedir, bunun həm yaxşı, həm də pis tərəfləri var. Sosial tənhalıq çoxalır, amma bununla birgə cəmiyyətin təzyiqi də azalır”.

Çox vaxtlar məhz bu səbəbdən regionlardan gənclər paytaxta gəlməyə can atır — onlar imkan və azadlıq üçün gəlir.

Bu məqalə Cənubi Qafqazdakı Friedrich-Ebert-Stiftung (FES) regional ofisinin dəstəyi ilə hazırlanmışdır. bütün fikirlər yalnız müəllifə məxsusdur və FES-in fikirlərini əks etdirmir.