fbpx

Həbslər, təhdid və təhqir: Azərbaycanda LGBT nümayəndələrinin təqib olunması

6 November 2017
“Gender və tərəqqi” GHT-nın ofisi (Vəfa Zeynalova /OC Media)

Ötən ay mediada Azərbaycanda LGBT təmsilçilərinin kütləvi saxlamaları barədə məlumat yayıldı. Təqribən üç həftə sonra OC Media hadisələrin içində olan bir kişi və zərərçəkənlərə kömək edən bəzi fəallar ilə söhbət etdi. Onlar qeyri-qanuni həbslər, ləyaqətin alçaldılması və hətta işgəncə haqqında danışırlar.

[Read in English — İngilis dilində oxuyun]

[Read in Russian — Rus dilində oxuyun]

Polis idarəsində bir gün

Gənc gey Elnurun (ad şərtidir) 20 yaşı var. Şəhər boyu geylərin və transgenderlərin saxlanılması barədə o, şayiələrdən eşitməyib, hadisələrin canlı şahidi olub. “Mən düşünürəm, necə məndən istəyiblər, onlardan da pul tələb edirlər. Başqa səbəb nə ola bilər ki?”- o, OC Mediaya dedi.

Elnuru sentyabrın 18-i polis idarəsinə apardılar. O gün onun telefonuna naməlum nömrədən zəng gəldi. Tanımadığı şəxs onunla görüşmək istədiyini söylədi. Gənci bu maraqlandırdı, və o, razılığını verdi. Amma görüş yerində yanına iki nəfər yaxınlaşdı və maşına minməyi tələb etdi.

“Mən maşına minən kimi başqa iki nəfər də yaxınlaşdı və maşına mindi. Qollarımı arxama çevirdilər və dedilər ki, polis idarəsinə gedirik”, — Elnur dedi.

Polis idarəsində gəncdən evə buraxmağın əvəzinə fahişəliklə məşğul olan transgenderlərin kontaktlarını tələb etdilər. Gecə yarısı onu polis idərəsinin təcridxanasına apardılar. Səhər saat doqquzda bir az yemək verib bir gün əlavə saxladılar.

Advertisements

“Məni təcridxanaya salanda bütün polis bölməsindən polislər gəlirdi ki, mənə baxsınlar. Amma aralarında mənim dediklərimi dinləyən də olub. Bəziləri hələ təəccüblənirdi ki, insanlar belə də olur. Çox çahil insanlardı! Düzdür, aralarında bir cavan polis var idi, mənə qarşı yaxşı idi, sonra mənim evə buraxılmağıma kömək etdi”, — Elnur danışır.

Axşama yaxın Elnuru növbəti gün gəlib cərimə ödəməsi şərti ilə evə buraxdılar. Ondan 100 manat (60 ABŞ Dolları) tələb etdilər və saxlama barədə heç kimə məlumat verməmək haqqında xəbərdarlıq etdilər. Razılaşmanın rəsmi görünsün deyə, gənci küçədə nalayiq sözlər işlədib və ona görə də həbs edildiyi barədə izahat yazmağa məcbur etdilər. “Özünü yaxşı aparmasan, işini məhkəməyə verəcəyik”, — ona belə hədə-qorxu gəldilər.

“Mən izahatı yazıb imzaladım, düşündüm ki, bunun mənim üçün təhlükəsi yoxdur, çətin ki belə xırda işi məhkəməyə versinlər. Amma cəriməmi ödəmədim və ödəmək niyyətində də deyiləm. Mən işsizəm, qazancım heç yoxdur”, — o, dedi.

Növbəti gün polis Elnurun evinə gəldi və transgender tapmağa tələb etdi. Sonrakı iki-üç gün ərzində Elnurun telefonuna naməlum nömrələrdən zənglər daxil olmağa davam etdi. Elnur telefon nömrəsini dəyişməyə məcbur oldu.

Rəsmi mövqe

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov dedi ki, reydlər və LGBT təmsilçilərinin saxlamaları şəhər sakinlərinin, onların “gecə fəaliyyətindən” şikayətləri əsasında keçirilir. Fahişəlik ölkədə rəsmən qeyri-qanunidir. Halbuki fahişəlik cinayət deyil, inzibati xəta kimi təqib edilir və ona görə 100 manat (60 ABŞ dolları ) məbləğində cərimə tətbiq olunur.

Digər bəyanatında mətbuat xidmətinin rəhbəri dedi ki, saxlamaların səbəbi LGBT təmsilçilərinin "QİCS-lə yoluxmasıdır", ona görə də kütləvi yoxlamalar keçirilir. Həmçinin şöbə rəhbəri qeyd etdi ki, yoxlamanın nəticələri "ciddi narahatlıq doğurur". Lakin QİCS-lə Mübarizə Mərkəzi bu məlumatı rəsmən təkzib edib və məlumat verib ki, Mərkəzə yoxlama üçün kütləvi şəkildə heç kəs gətirilməyib.

Alçaldılmış və təhqir olunmuşlar

“Minority”, Azərbaycanda ilk azlıqlar üçün jurnalının redaktoru və LGBT fəal Gülnarə Mehdiyeva məlumat verdi ki, cəmiyyət təhrif edilmiş təsvirə malikdir və düşünür ki, həbslər lakin fahişəliklə məşğul olan transgenderlərə aiddir. Onun sözlərinə görə, bu məqamda cəmiyyət dövlətə "QİÇS-lə mübarizə yolunda" dəstək olur.

Lakin Mehdiyeva polis tərəfindən tək seks işçilərini yox, digər peşələrin təmsilçilərini də saxlanılmasını söyləyir. Həmçinin o, göstərir ki, saxlama qaydalarına riayət edilməmişdir — polis sadəcə yaxınlaşıb adamları polis bölmələrinə aparır.

Adının çəkilməsini istəməyən digər LGBT fəal söylədi ki, həbs olunanların sayı (buraxılanlarla birgə) təqribən min nəfərə çatır. Onun sözlərinə görə, əvvəlcədən Bakının iri nəqliyyat qovşağı olan “20 Yanvar” ərazisində fahişəliklə məşğul olan transgenderlər saxlanıldı.

Fəalın sözlərinə görə, həbs olunanlara dərhal çinayət işi açmağa çalışırlar, polis bölmələrində onları alçaldıb qarşı aqressiyaya səbəb törədirlər ki, onları polisı müqavimətdə ittiham etsinlər. İşlər dərhal məhkəməyə yönəldilir ki, rəsmi əsasla həbs olunanlar10-20 sutkalıq azadlıqdan məhrum edilsin.

Gülnarə Mehdiyeva həmçinin məlumat verir ki, saxlanılanlara pis münasibət bəsləyirlər: onları alçaldıb təhqir edirlər, transgenderlərin saçlarını qırxır, birinə qarşı isə elektroşok da işlədiblər.

Saxlanılanlar əsasən gey və transgenderlərdi. Ancaq lesbianların da narahatçılığa kifayət qədər səbəb var: sosial şəbəkələrdə onlara yalnış profillərdən görüşmək məqsədi və təhqir ilə dolu mesajlar çoxalıb.

Evdən çıxarılmalar

(Vəfa Zeynalova /OC Media)

Onlarla gey icarə etdikləri mənzil sahibləri onları evlərindən kütləvi şəkildə qovalayarkən evsiz qaldı. “Məsələn, bir mənzildən adı sənət sahibləri — stilist, aşpaz, cüdo təlimçisi olan beş nəfər gey qovulub”, — anonim olaraq LGBT fəal məlumat verir.

“Gender və tərəqqi” GHT-nın rəhbəri Kamran Rzayev evdən çıxarılmalar barədə OC Mediaya danışdı. “Mənzil sahibkarları icarəçinin qeyri-ənənəvi oriyentasiyasında şübhələnərək onları həmişə qovalaya bilirdi, amma bunlar belə kütləvi deyildi”, — o, dedi.

Kamran Rzayevin təşkilatı Azərbaycanda yeganə rəsmi qeydiyyatda olan LGBT-yönlü GHT-dir. Onların fəaliyyəti əsasən səhiyyənin qorulması məqsədini daşıyır. Məsələn burada pulsuz tibbi testlərdən keçmək olar.

Rzayev deyir ki, baş verənlər onu çox həyacanlandırır: “LGBT icmasının hansısa təmsilçisi seks işçisi olub və kimisə QİCSə yoluxdurub, bu demək deyil ki, hamını həbs etmək lazımdır! Hansısa qadın kimisə QİCSə yoluxdursa, siz bütün qadınları həbs etməyəcəksiniz ki?”

Kömək və dəstək

Gülnarə Mehdiyeva məlumat verdi ki, onun təçkilatı ilk növbədə hüquqi yardım göstərməyə çalışır. LGBT-təşkilatlarla əməkdaşlıq edən vəkillər artıq iş başındadır: əllərində həbslər üzrə 46 iş, inzibati cərimələr üzrə isə 11 iş var. “Bundan başqa biz Gürgüstanda yerləşən host təşkilatı ilə əlaqə saxlamşıq: onlar zərərçəkənləri və ya ölkədən qaçıb gizlənmək istəyənləri qəbul etməyə hazırdılar”, — Mehdiyeva deyir.

Həbs olunanların hüquqlarının qorunması üçün cəlb edilən vəkil Səməd Rəhimli məlumat verdi ki, qırx altı saxlanılan üzrə apellyasiya şikayəti vermək niyyətindədir. Onun sözlərinə görə, həbslər qeyri-qanunidir və İnsan haqqları üzrə Avropa Konvensiyasına, əsasən şəxsi və ailə həyatına hörmət, diskriminasiyadan azad olma, işgəncə, qanunsuz həbslər və haqsız ittihamlara dair maddələrinə riayət etmir.

Kamran Rzayev bütün Bakıda LGBT-lərin qorxu içində yaşadıqlarını və çoxunun şəhəri tərk etdiklərini dedi. Gülnarə Mehdiyeva çoxların regionlara və Türkiyəyə üz tutduqlarını əlavə edir. “Hamı gizlənir, telefon nömrələrini dəyişir. Heç bir zəmanət yoxdur ki, digərlərini də saxlamayacaqlar, onların haqqında xəbərdarlıq etməyəcəklər, ona görə ki həbs olunanlardan digər cinsi azlıqların nömrələrini tələb edirdilər”, — o, söyləyir.