fbpx

Travma ilə bağlı fərdi hekayə: Şəkilsiz əsgər

22 September 2021
Şəkil: Jack Losh.

Bu seriyada 2020-ci ildə 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra yaranan sosial travma fenomeni ermənilərin və azərbaycanlıların fərdi hekayələri vasitəsilə öyrənilir, bu travmanın necə təzahür etdiyi və davam edən münaqişənin dinamikasında hansı rolu oynadığı araşdırılır. Danışılan hekayədə hərbi əməliyyatlarda iştirak edən veteran bildirir ki, çəkilən selfilər, sosial şəbəkələrdəki paylaşımlar və təxribat ikinci Qarabağ müharibəsinin dəhşətlərini dahada qabardırdı.

Nənəm deyərdi ki, harada qan tökülürsə, orada uzun müddət xoşbəxtlik olmur. Təbii ki, mən onun nəyi nəzərdə tutduğunu başa düşmürdüm və yalnız həyat dərsləri nənəmin nəzərdə tutduğu həqiqətləri başa düşməyimə vəsilə oldu. O deyirdi ki, hərbi maşın dağıtmağı, bombalamağı, atəş açmağı dayandırıbsa, bu hələ müharibənin bitməsi demək deyil. Bu səslərin əks-sədası, xarabalıq cəmiyyətin, insanların içində kök salır.

Xoşbəxtliyin belə ərazilərdən uzaqlaşmaq istəyinin bir çox izahı ola bilər, ancaq onların hamısı bir böyük söz birləşməsinə sığır – ictimai travma. Postmüharibə cəmiyyətlərində hərbi təcrübənin kütləvi şəkildə utilizasiyasının, onun müəyyən qruplar tərəfindən mənimsənilməsi və təhrif edilməsinin baş verdiyi, bunun isə nəticə etibarilə, ictimai ritorikanı, münaqişənin həllinə mümkün yanaşmaları tamamilə dəyişdirdiyi, sülh prosesini son dərəcə çətin və hətta qeyri-mümkün etdiyi olduqca mühüm bir xüsusiyyətinə diqqət yetirəcəyəm. 

Bu yaxınlarda 44 günlük müharibədə ön cəbhədə döyüşən yerevanlı eks-kombatant ilə danışırdım. O, tələbə, fotoqraf və çox yaradıcı insandır. O, yaralanıb, 3 ay hospitalda yatıb və çıxandan sonra başa düşüb ki, müharibə vaxtı Qarabağda fəal şəkildə selfi çəkən və fotosessiya etdirənlərin çoxuna qəhrəman adı verilib. 

Onun isə müharibə ilə bağlı bircə dənə də şəkli yoxdur, sanki o, heç orada olmayıb. Cəbhədə onlara mobil telefondan istifadə etməyə icazə vermirdilər. Şəkillər onun yaddaşındadır, ancaq o, onlardan da qurtulmaq istəyir – onlar ona yatmağa imkan vermir, plan və fəaliyyətlərlə dolu olduğu qayğısız tələbə həyatına qayıtmasına imkan vermir. 

O, qəhrəman adını almaq istəmir, üstəlik, döyüşdüyünün kiminsə bilməsini də istəmir. Sadəcə bu müharibənin cəhənnəmində itən əvvəlki həyatını geri qaytarmaq istəyir. Bu gün o, mehribancasına danışsa və gülümsəsə də, dediyinə görə, bu, sadəcə öz kədərini gizlətmək, artıq başqa bir insan olduğunu gizlətmək üçün hördüyü divardır. O deyir ki, bütün yaşadıqlarından və gördüklərindən sonra həqiqətən də sağ olduğuna şübhə edir. 

Əvvəllər qəhrəmanlığın nə olduğunu yaxşı bilir, öz qəhrəmanlarına hörmətlə yanaşır və onların nə üçün qəhrəman olduqlarını başa düşürdü, amma bu gün o, çox şeyə şübhə ilə yanaşır. Məşhur qəhrəmanların ad-san qazandığı ön cəbhədə bu qəhrəmanlar kimi, ya da onlardan da cəsur gənc əsgərlərin etdiklərini görürdü, ancaq nədənsə onlara qəhrəman adı vermək unudulub. 

Deyir ki, tez-tez qumbaranın üzüyünü əlində tutaraq artıq bu dünyanı tərk etməyin vaxtının gəlib çatdığını düşünürdü. Amma ürəyində ümid edirdi ki, qolsuz, ayaqsız da olsa, yenə də evinə qayıda biləcək. 

Kontuziya alanda eşitmə qabiliyyətini tamamilə itirmişdi və onda öldüyünü və bu cür sükutun mümkün olacağını o biri dünyada olduğunu düşünürdü. O, hospitalda baş verən hər şeyi görə bilirdi, ancaq yaşadıqlarının yaratdığı şok və eşitmə qabiliyyətinin olmaması onu ölümün elə məhz bundan ibarət olduğunu düşünməyə vadar edirdi və dindar insan olaraq, buranın ölülərin "çeşidlənərək" cəhənnəmə və ya cənnətə göndərildiyi yer olduğunu təxmin edirdi. Vicdanı ilə ahəngdarlıq içində olaraq, cənnətə göndəriləcəyini gözləyirdi. 

Onu cənnətə göndərmədilər, ancaq həyatın reallıqlarına qaytardılar. Bu reallıq onun yenidən ön cəbhəyə qaytarılmamaq üçün eşitmə qabiliyyətini itirməsini simulyasiya etməsi düşüncəsi ilə hospital həkiminin var gücü ilə onun qulağına qışqırmasından ibarət idi. Valideynləri bu diaqnozu təsdiqləyən və müalicə təyin edən özəl klinikanın xidmətlərinə görə ödəniş etmək məcburiyyətində qaldılar. Amma o, ən çox eşitmə qabiliyyətini deyil, şərəfini bərpa etdiyinə görə sevinirdi. Həkimin qulağına qışqırmasını Ermənistanı tərk edib, bir daha oraya qayıtmamalı olduğu kimi şərh edib. 

O, öz doğma şəhərinə qayıtdıqdan sonra tədricən sosiallaşmağa başlayacağına ümid bəsləyirdi. O, insanlarla görüşəndə onlara bildirirdi ki, ağızlarını açanda onları eşitmir; əlində hazır tutduğu qələmi və kiçik bloknotu onlara uzadaraq yazmalarını xahiş edirdi, amma bəziləri üzlərini çevirirdilər. 

İndi eşitmə qabiliyyəti bərpa olub, amma o, ünsiyyətə açıqlığını itirib. 

O deyir ki, şəhərdə hər kəs müharibə haqqında danışır və hakimiyyəti xəyanətdə və az qala düşmənlə əlbirlikdə ittiham edir. Cəbhədən daha çox selfisi olan, amma əsl müharibəni görməyən və onun nəyə bənzədiyini və ön cəbhədə əslində nələrin baş verdiyini təsəvvür belə etməyənlər müharibə haqqında daha əminliklə mübahisə edir və gələcəklə bağlı məsləhətlər verirlər. 

O, özü də hesab edir ki, indiki hakimiyyət təqsirkardır. Amma başqa şeyə görə. Hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı çox gec imzaladığına, hərbi qüvvələrdəki inanılmaz qeyri-bərabərliyə, müasir hərbi texnika və avadanlıqların mövcudluğunda tarazlığın olmamasına, eləcə də onların rayonları sürətlə ələ keçirməsini kənardan müşahidə etdiyinə görə. Bu vaxt cəmiyyət və hakimiyyət qələbə ritorikasını davam etdirirdi. Amma onlar sağlam düşünsəydilər və işlərin real vəziyyətini görsəydilər, hərbi vəzifələrinin bir hissəsi kimi və əsir düşməmək üçün özlərini partladan gənclərdən daha çoxunun həyatını xilas etmiş olardılar. 

Bu gün o, heç kimdən kömək istəməsə də, açıq-aşkar köməyə ehtiyacı olduğu görünür. O, özünü məğlub hiss etmir, çünki əlindən gələn hər şeyi edib. O düşünür ki, ailəsi və sevdiyi qızın dəstəyi ilə hər şeyin öhdəsindən özü gələcək. Xarici dünyadan o, yalnız ön cəbhədə birgə döyüşdüyü gənclərlə əlaqə saxlayır. O iddia edir ki, ancaq onlar müharibə haqqında həqiqəti bilirlər və onun daxili dünyasında nələrin baş verdiyini də ancaq onlar başa düşə bilərlər. Özü də başa düşür ki, onlar da eyni hissləri keçirirlər. Onlar görüşəndə çox az danışırlar. Əyləşirlər, pivə sifariş edirlər, uzun müddət susurlar, bir-birilərinə baxırlar, qısa zarafatlar edirlər, bir-birlərinin çiyninə vururlar, sanki reallıqda olduqlarına əmin olmaq istəyirlər, sonra ucadan və dayanmadan qəhqəhə çəkməyə başlayırlar. Sonra sağollaşıb ayrılırlar. Hər dəfə də belə olur. Onlar özlərinə gülürlər, xülyalarla, şöhrətpərəstliklə, dəliliklə dolu olan bu dünyaya gülürlər. 

Hamısı birlikdə yeni həyatlarının öhdəsindən gələcəklərini düşünürlər, amma cəmiyyətləri ilə bağlı çox narahatdırlar. Onları narahat edən odur ki, hərbi selfi, sosial media və siyasi oyun həvəskarları vasitəsilə müharibənin təfsiri son dövrlərin reallıqlarını o dərəcədə təhrif edə bilər ki, bir müddət sonra cəmiyyət yenidən həmin vaxta qədər artıq böyümüş oğlanlarını özlərinin artıq olduqları və bəlkə də hələ qayıtmadıqları müharibəyə göndərməyə hazır olacaqdır. 

Hərbi təcrübənin bu cür istifadəsi, reallığın ictimai ritorikaya bu cür təsir vasitəsilə təhrif edilməsi münaqişə potensialının qorunub saxlanması və bundan həm daxili, həm də xarici maraqlı tərəflərin özlərinə lazım olan məqamda istifadə etmək imkanı ilə bağlı ciddi risklər daşıyır.

Bu məqalələr Avropa İttifaqının maliyyə dəstəyi ilə “Indie Peace” tərəfindən həyata keçirilən "Kollektiv travmanın aradan qaldırılması" təşəbbüsü çərçivəsində dərc edilir. Məqalədə ifadə olunan fikirlərə görə müstəsna məsuliyyəti "Indie Peace" daşıyır və məqalə mütləq şəkildə Avropa İttifaqının fikirlərini əks etdirmir. İstifadə olunan toponimlər tərcümə dilini əsk etdirir

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. You can support us today for as little as $1 a month and join us in the fight for a better Caucasus.

Support Us