fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Zibilin içində batarkən: bakılıların baş ağrısı

7 March 2018
(Vəfa Zeynalova /OC Media)

Bakı Cənubi Qafqazın ən böyük və ən çirkli şəhələrindən biridir. Onun sahəsinin yeddi faizini tullantı yığınları təşkil edir. Artıq beş ildir ki, şəhərdə Avropanın ən böyük tullantı emalı zavodlarından biri fəaliyyət göstərir, amma bu, problemin öhdəsindən gəlmir.

Rəsmi məlumatlara əsasən, 1995-ci ildə Bakıda 1,7 mln adam yaşayırdı. Cəmi 12 il bundan sonra Fövqaladə Hallar Nazirliyi əhalinin sayının 4 milliona artdığını bəyan etdi. Bu gün onlar il ərzində 1,2 ton tullantı törədirlər. Demək olar ki, hər il yeni tullantı yığınları yaranır, şəhərdə isə onların ümumi sayı 43-ə çatıb. Bu 1,2 ton tullantıların həcmindən yalnız 16% çeşidlənir və ya yenidən emal edilir.

Tullantıların çeşidlənməsi “Təmiz Şəhər” dövlət şirkətinin zavodunda həyata keçirilir. Zavod 2012-ci ilin sonunda açılıb və il ərzində 200 000 ton tullantı çeşidləmək qüvvəsinə malikdir. O, faktiki olaraq, dövlət təminatındadır.

Zavod əvvəllər nəhəng tullantı yığını olan Balaxanı poliqonunda yerləşir. Təşkilatın mətbuat xidmətinin başçısı Elmar Məlikov bu sahənin çürüyən zibildən tamamilə təmizləndiyini söyləyir: “İndi də baxın, buralar nə qədər təmizdir! Bu illər ərzində biz sahəni təmizləyib, on min ağac əkmişik”, — o, dedi. Həqiqətən də, zavodun sahəsi nümunəvi təmiz görünür.

Qanun və təmizlik

Hələ 2012-ci ildə Milli Məclis qanunvericiliyə zibilin bunun üçün təyin edilməmiş yerlərdə tullanmasına görə çərimələrin tətbiq edilməsinə dair dəyişiklər qəbul etdi. Fiziki şəxslər 20 manat (12 ABŞ dolları), hüquqi şəxslər — 100 manat (60 ABŞ dolları), vəzifəli şəxslərə isə — hətta 500 manat (295 ABŞ dolları) məbləğində cərimə ödəməlidirlər.

Sənaye və məişət tullantıları haqqında qanunun nə cür işləməsi indiyə kimi dəqiqliklə məlum deyil.

DİN-in mətbuat xinmətində məlumat verdilər ki, qanun pozanları sahə müfəttişləri tutmalıdır, həm də ki, onu yalnız “cinayət yerində”, yəni zibili yerə atan zaman tutduqda cərimələndirə bilərlər. Amma fakt üzrə bu qanunun icra olunması üzrə şübhələr var. 2016-cu ilin müsahibəsində deputat Elmira Axundova dedi ki, bu qanun faktiki olaraq işləmir.

Advertisements

“Ay eşşək, bura zibil atma!”

Sosioloq Humay Axundzadənin sözlərinə görə, təmizlik məsələsi yalnız ictimai xidmət və qanunların tənzimlənməsindən asılı deyil. Əslində, vətəndaşların sosial məsuliyyət mexanizmi heç mövcud deyil. Buna sübut olaraq şəhərin çox bir yerlərində zibilin atılmasını qadağan edən divarlardakı xəbərdarlıq yazılarıdır, məsələn, “Ay eşşək, bura zibil atma!”. Sosioloqun mövqeyinə görə, cəmiyyət səviyyəsində insanlar arasında həmrəylik olsaydı, dövlət tənzimləməsinin olmaması təmizliyə riayət etməyə mane olmazdı.

Bakının çox bir sakinləri təmizlik mədəniyyətinin olmamağına şikayət edir. Alyona şəhərin qırağında olan Əhmədlidə yaşayır. O, evinin blokunun vəziyyəti ilə narazıdır. Onun sözlərinə görə, kirayədə yaşayan qonşuları elə öz qapılarının altındakı zibili belə tullamırlar, blokun içini və liftin qarşısını belə zibilləyirlər. Öz zibillərini həyətə, öz balkonun altına atanlar da onu hirsləndirir. Dediyi kimi, Alyona Mənzil İstismar İdarəsinə də müraciət edib, ancaq bu, heç bir nəticə gətirməyib.

Psixoloq Orxan Sultanov şəhər sakinlərinin zibilə dair qeyri-sosial davranışlarının səbəbini “Qırılmış pəncərələr nəzəriyyəsi”ndə görməyi üstün verir. Bu nəzəriyyəyə əsasən, hətta kiçik bir qayda pozuntusu iri kriminogen faciənin səbəbi ola bilər. Onun sözlərinə görə, insan, ictimai məxluq olaraq, mənfi hərəkətləri çox tez mənimsəyir. Beləliklə, hətta bir ədəd küçəyə atılmış butulka və ya qutu tezliklə bötük zibil yığınına çevilir.

“Şəhərin mərkəzində zibil kommunal işçilər tərəfindən tez yığışdırıldığı üçün, çox qalmır, ona görə də buranı zibilləmirlər. Kənar sahələr üzrə isə nəzarət azdır, ona görə də bir dənə atılmış butulka tezliklə böyük zibilliyə çevrilir və divarlarda təhqiredici yazılara səbəb olur”, — o, deyir.

Könüllülər tullantılara qarşı

Bakıda tullantılar ilə mübarizə aparan özəl şirkətlər və könüllülər hərəkatı mövcuddur. Gənc yaşıllar hərəkatı Green Baku 2010-cu ildən fəaliyyət göstərir. Bir neçə ay bundan əvvəl Green Baku makilaturanın, plastik məmulatların, aluminium bankaların, polietilen paketlərin yığımı üzrə aksiya keçirtmişdir. Yığılanlar “Təmiz şəhər” zavoduna təhvil verilmişdir.

2017-ci ilin əvvəlində isə Green Baku yeni eko-layihəyə ilk addımını atdı. Onlar yalnız işlənmiş kağızdan olan eko məmulatlar — bloknot, zırflər, stikerlər — istehsal edirlər.

Green Baku-dan başqa zibil problemi ilə mübarizə aparan digər könüllülər də var. Bəziləri sosial şəbəkə vasitəsi ilə yığışıb çirkləndrilmiş sahələri, əsasən də dəniz qırağındakı çimərkilləri təmizləyirlər. 2017-ci ilin yay aylarında dəniz kanarının zibildən təmizlənməsi üzrə Azərbaycan Skautlar Təşkilatı da tədbir keçirtmişdir.

Vətəndaş Xidmətləri və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) 2015-ci ildə makulatura yığımı üzrə aksiyalar keçirtmişdir. Gətirilən kağızların əvəzinə onlar ağac tingləri verirdiər. Amma bu kampaniya geniş yayılmadı.

Green Baku-nun koordinatonu Samir Qədirov Xəzərin sahilini qrup üzvləri tərəfindən dəfələrlə zibilliklərdən təmizlənməsini söylədi.

“Məsələn, 2015-ci ildə Novxanıdaki çimərliyi eyni zamanda 600 nəfər təmizləyirdi. Elə indi də, ində iki dəfə — çimərlik sezonundan əvvəl və sonra, may və sentyabr aylarında — biz dənizkanarı sahələrin təmizlənməsi üzrə aksiyalar keçiriri”, — Qədirov deyir. Lakin, könüllülər özü dedikləri kimi, kampaniyalardan cəmi bir neçə gün sonra dənizkanarı sahələr öz əvvəlki, yəni, zibillənmiş, vəziyyətə qayıdırlar.

Right now, online media in Georgia is in dire need of safety equipment, legal support, and technology as we cover increasingly challenging circumstances. Support small, independent media outlets in Georgia via our collective fundraiser.

Interested in directly assisting OC Media? Consider becoming a member.