fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Həyatın kəndarında: Azərbaycanda lezbian ailələr

29 November 2017
(OC Media)

Lezbian cütlüklərin mövcudluğu Azərbaycanda çox nadır hallarda müzakirə olunur. Lakin cəmiyyətin və LGBT təşkilatların nəzərindən kənar bəzi qadınlar ailə qurub uşaq böyüdürlər.

[İngilis dilində oxuyun — Read in English]

[Rus dilində oxuyun — Читайте на русском]

Qeyri-adi adi ailə

Bakı sakinləri Elvira və Əmınə (adlar dəyişilib) iki il əvvəl tanış olublar. Bir il sonra birgə yaşamağa başlayıblar, keçən ay isə İsveçə gedib bir-biri ilə rəsmi şəkildə evləniblər. Onlara verilən nikah kağızı Azərbaycanda heç bir qanuni qüvvəyə malik olmasa da, qızlar xarıcə köçəsi olsalar, bu sənəd onlara lazım ola bilər.

“Sözün doğrusu, hələlik biz ciddi bir diskriminasiya ilə üzləşməmişik. Bəlkə də, bu ona görədir ki, bizim ətrafımız, iş yoldaşları da daxil olmaqla, proqressiv insanlardan ibarətdir”, Elvira deyir.

Qızların şəxsi həyatı onlara işləməkdə və adamlar ilə ünsiyyət qurmaqda mane olmur. Dostlarının arasında həm lezbiyanlar, həm də heteroseksuallar var və hamısı bu ailəyə normal münasibət bəsləyib tez-tez onlara qonaq gəlirlər. Lakin, hər halda cütlük öz sevgisini yadlardan və az tanıdıqları insanlardan, məsələn qonşulardan gizlətməyə çalışır.

“Mən Elvira ilə tanış olanda, ikimizdə artıq qadınlar ilə bir neçə sevgi hekəyəsi yaşamışdıq. Və ikimizdə başa düşürdük ki ailə arzulayırıq, sevdiyimiz insanla birlikdə yaşamaqç ev-eşik sahıbi olmaq istəyirik… Yənı ki, adi arzular, heteroseksuallarda olduğu kimi”, deyə Əminə nəql edir.

Advertisements

“Azərbaycanda çoxu gey və lezbiyanları gündə cinsi partnyor dəyişən ən axırıncı pozğunlar sayırlar. Ancaq əslində biz normal adamlarıq və bizim də “ənənəvi” hisslərimiz və tələbatlarımız mövcuddur. Və ailələrimızi biz elə hamı kimi qururuq”, onun sözünü Elvira təsdiqləyir.

Elviranın valideynləri onun oriyentasiyası haqqında xəbərdardılar və ilk əvvəllər bu xəbərdən şokda olsalar da, zaman keçdikcə bununla barışdılar və hətta Əminəni öz ailə üzvləri kimi qəbul etdilər. Əminənin valideyinlərinə gəldikdə isə, o, ata-anası ilə bu məsələni heç vaxt açıq müzakirə etməyib: «Əlbətdə, atamla anam hardasa başa düşürlər ki, Elvira mənim sadəcə rəfiqəm deyil. Lakin bu faktı qəbul etmək istəmirlər və məni ərə vermək xəyalından dönmürlər. Vaxtaşırı cürbəcür oğlanlarla tanış edirlər. Bu mənə həm gülməli gəlir, həm də bezmışəm artıq. Buna reaksiya verməməyi öyrənə bilmirəm ki bilmirəm».

Qızların birinin üç yaşlı uşağı var. Hələ ki, heç nəyi anlamır və anasının “rəfiqəsini” səmimi qəlbdən sevir. Amma Elvira ilə Əminə uşağım bağçaya gedəcəyi və onların ailəsinin “spesifik xüsusiyyətlərini” aləmə yayacağı andan qorxurlar.

Üstü örtülü xoşbəhtlik

Azərbaycanda az adam tapılar ki öz “ənənədən kənar” seçımıni açıq bildirməyə hazır olsun. Heçkim bunu Azərbaycan Dövlət Neft şirkətinin əməkdaşının qızı və Amerikalı senatorun köməkçisinin toyu zamanı olduğu kimi ictimaiyyətə açmaq istəmir.

Bu toy 2015 ilin yazında aznetdə çoxlu sös-söhbətə səbəb oldu. Bəzi saytlar qızın atasından müsahibə almağa cəhd edən zaman, cəmiyyət Facebook-da qızğın mübahisə edirdilər: bəziləri qızları qınayır, digərləri isə özgənin şəxsi həyatına burunlarını soxmamağı məsləhət görürdülər.

Azərbaycanda eynicinsli nikahlar leqal olmadığından bu cür toylar baş tutmur.

Lakin eyni cinsin mənsublarının birgə yaşamasına qadağa qoyan qanun yoxdur. Belə bir qanun rolunu ailənin və cəmiyyətin qınağı oynayır. Ona görə də eynicinsli ailələrin çoxu adətən öz münasıbətlərini yaxın dostluq kimi gələmə verirlər və əlavə diqqət cəlb etməməyə çalışırlar.

Bəzən bu cütlüklərin varlığından onlarla məşğul olan müvafiq təşkilatların da xəbəri olmur. Belə ki, bu vaxta qədər “Nəfəs” LGBT-alyans nümayəndələri birlikdə yaşayan lezbiyan cütlüklər heç görməyiblər. “Belə adanlardan demək olar ki hansısa LGBT-aktivlik ilə məşqul olmur. Problem yaşamaq istəmirlər və sakitcə öz həyatlarını davam edirlər”, “Nəfəs” təşkilatı bildirir.

Hədddən artıq səmimiyyət bir növ gec partlayan bombaya çevrilə bilər. Öz keçmiş sevgilisinə və ya rəfiqəsinə pislik etməyin ən yayılmış növlərindən biri qızın atasına və ya rəhbərliyinə bu qızın lezbiyan olduğunu və qadınla yaşadığı xəbərini verməkdir. Bəzən, nələrəsə nail olmaq məqsədilə bu cür məlumatdan şantaj vasitəsi kimi də istifadə edilə bilər. LGBT hüquq müdafiəçiləri belə hallarda dərhal polisə müraciət etməyi tövsiyə edir. “Zərərçəkmişin kimliyindən asılı olmayaraq, şantaj cinayətdir: fərq etməz, heteroseksual olsun, homoseksual olsun ya da transgender”. Bizim praktikada elə hallar olub ki, bu cür şantaja məruz qalmış şəxs hüquq-mühafizə orqanına müraciət etmiş və zərərçəkmişə cinsi mənsubiyyətindən asılı olmayaraq yardım olunmuşdur” deyə “Gender və inkişaf” adlı ictimai təşkilatın nümayəndəsi Ramiz bildirir.

Təşkilat bildirir ki, onlarda illərlə birgə yaşayan bir çox lezbiyan cütlükləri barədə məlumat var. Elələri də var ki, Elvira və Əminə kimi xarici ölkədə nikaha giriblər. “Bir qayda olaraq, bu insanların valideynləri övladlarının oriyentasiyasını artıq qəbul ediblər. Bəzi cütlüklər öz münasibətlərini nə yaxınlardan nə də özgələrdən gizlətmirlər. Düşünürəm ki, əgər insanlar özlərini ədəb normalarına uyğun aparırlarsa, onlara Azərbaycan da daxil olmaqla istənilən cəmiyyətdə münasibət normal olacaq”. Bu ümidverici fikri Ramiz dilə gətirir.

Emiqrasiya çıxış yoldurumu?

Azərbaycanda gənc, subay qızların ailədən ayrı yaşaması ənənəsi yoxdur. Otuz yaşlı Tamilla qadınla birgə həyatın hələ də arzu olaraq qaldığı insanlardandır. Əsas maneə — valideynləri məyus etmək qorxusudur. “Nə qədər də müasir və anlayışlı olsalar belə, mənim atam və anam üçün ətrafdakı insanların nə deyəcəkləri önəmlidir. Və mən onları qəmləndirmək, pis vəziyyətə salmaq istəmirəm. Amma tez ya da gec, həqiqətən ciddi münasibətlər yarandıqda öz qərarımı evdəkilərə bildirəcəm”.

Tamillanın fikrincə, Azərbaycanda geylərə nisbətən, lezbiyanlara daha tolerant münasibət bəsləyirlər. İş yerində qızın cinsi oriyentasiyası barədə demək olar ki, hər kəs bilir lakin buna əhəmiyyət vermirlər, ona peşəkar keyfiyyətlərinə görə hörmət edir və dəyərləndirirlər. Bununla belə, Azərbaycanda eynicinsli əlaqələrin rəsmiləşdirilməsinin mümkünsüzlüyü onu narahat edir. Yəni ki, birlikdə yaşayan homoseksuallar hüquqi cəhətdən bir-birinə yad insanlardır. Bu isə öz növbəsində bir çox çətinlik və narahatlığa səbəb olur.

“Nikah şəhadətnaməsi sadəcə kağız parçasıdır amma bu kağız parçası müasir dünyada çox mühüm rol oynayır. Misal üçün, əgər onlardan biri qəzaya düşərsə, digəri heç onu xəstəxanada ziyarət edə bilməz. Çünki hüquqi cəhətdən onlar bir-biri üçün “heç kimdir”. Odur ki, mən çıxış yolunu eynicinsli nikahlara icazə verildiyi və hər kəsin bu cür münasibətlərə alışdığı ölkəyə çıxıb getməkdə görürəm”, deyə Tamilla öz fikirlərini bölüşür.

“OC Medianın” bu məqalənin hazırlanması zamanı söhbət etdiyi lezbian cütlüklərin əksəriyyəti daha çox ölkəni tərk etmək barədə düşünür. Həm də bu cür fikirlər Azərbaycanda bir çox heteroseksual ailələrə rahatlıq vermir. Amma bu, artıq başqa bir mövzudur.

Right now, online media in Georgia is in dire need of safety equipment, legal support, and technology as we cover increasingly challenging circumstances. Support small, independent media outlets in Georgia via our collective fundraiser.

Interested in directly assisting OC Media? Consider becoming a member.