azərbaycan
Qanun yoxdur, rüsvayçılıq var: Cənubi Qafqazda seksual taciz
Bütün Cənubi Qafqazda qadınlar eyni problemlərlə qarşılaşmalı olur. İstər Bakıda olsun, istər Yerevanda, istərsə də Tbilisidə və ya daha kiçik yaşayış məkanlarında qızlar kişilərlə ehtiyatlı olmağı öyrənirlər. Tanımadıqları kişilərin ədəbsiz atmacaları və təklifləri, əl-qol atmaları və daha betəri — bir çox qadınlar bunları yaşayıb. Sadalanan problemlərin bu ölkələrin hər yerində mövcud olmağına baxmayaraq, qanunun müdafiəsi heç yerdə yoxdur. Ötən yay Azərbaycan mediası və cəmiyyət