azərbaycan
Sağlamlığını itirən veteranlara qayğı: Azərbaycanda diqqətdən kənar qalan sahə
Dağlıq Qarabağ müharibəsi minlərlə azərbaycanlının həm fiziki olaraq bədənində, həm də psixologiyasında dərin zədələr qoyub. Əlilliyi olan veteranların ailə üzvləri üçün isə onlara baxıcı olmaq gündəlik iş rejiminə çevrilib. Dövlətin dəstəyini hiss etmədikərindən şikayətlənən ailə üzvləri — baxıcılar kiçik imtiyazlarla yetinməyə çalışırlar. “Hərbi xəstəxanada tibb bacısı işləyirdim. O qədər şahidi olduğum hadisə var ki… qızlar əlləri, qolları amputasiya olunmuş nişanlılarını atıb gedi