azərbaycan
“Bir daha evimizə qayıtmayacağam”: müharibə ilə həmyaşıd olan azərbaycanlı məcburi köçkün
Dağlıq Qarabağ münaqişəsinin başlanmasından artıq 30 il ötüb və bir nəsil onların üzərinə çökmüş münaqişənin kabusu ilə böyüyüb. Öz gözləri ilə müharibənin şahidi olan, nə olduğunu ilk olaraq duyan, bütün uşaqlıq dövrünü oradan-oraya köçməyə məcbur edilən uşaqlar üçün münaqişənin, qan tökülməsinin davam etdirilməsi ehtimalı çox çətindir. 30 yaşlı Pərvanə Qurbanova 1993-cü ilin avqustunda Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən məcburi köçkün düşüb. “5-6 yaşım olardı. Köç