Media logo
azərbaycan

Əfqan Muxtarlı hadisəsi: istintaq dayandırılıb?

Əfqan Muxtarlı hadisəsi: istintaq dayandırılıb?
Əfqan Muxtarlı (/Rustavi 2)

Sürgündəki Azərbaycanlı jurnalist Tbilisidə yoxa çıxıb, ertəsi gün Azərbaycanda istintaq təcridxanasında peyda olmuşdu. Onun qaçırılmasında Gürcüstan tərəfi şübhəli görünür. Muxtarlı məhkəmə boyunca Gürcüstan hökumətini kobudluqla və oğurluqda rolunda günahlandırırdı, Gürcüstan isə bu ittihamı inkar edir. Yerli hüquq müdafiəçilər də onun oğurlanması ilə bağlı istintaqın şəffaf və sürətli aparılmamasını dilə gətirirlər.

Siyasi məhbus Əfqan Muxtarlıya ailə üzvlərinin yas mərasiminə qatlaması ümün fevral ayının 6-da iki günlük azadlığa çıxmasına icazə verilmişdi. Bu imkandan yararlanan Gürcüstanın Rustavi 2 kanalı Əfqandan Azərbaycanın Zaqatala rayonundakı ata evində müsahibə alıb və elə həmin gün “Kuryer” adlı verlişində yayımlamışdı. Daha sonra isə daha detallı reportaj fevralın 11-də həmin kanalın “P.S.” proqramında efirə verilib.

Həmin gün “Kuryer” adlı verlişində yayımlamışdı. Daha sonra isə daha detallı reportaj fevralın 11-də həmin kanalın “P.S.” proqramında efirə verilib. Müsahibələrində Əfqan kimlərin sifarişi ilə və Gürcüstandan hansı yollarla oğurlanıb Azərbaycana keçirilməsi barədə detallı danışıb və Gürcüstanın Baş nazir Giorgi Kvirikaşvili — ittiham etməklə günahlandırdı. Azərbaycandan olan jurnalist Muxtarlı məhkəmə boyu Yanvarda 6 il müddətinə həbs olunmasının səbəblərindən danışdı — 11.200 $ nağd qaçaqmalçılıqda, sərhəd pozuntusunda ittiham olunur. Bu ittihamlar Azərbaycandan kənarda saxta olaraq hesab olunur.

[Oxuyun: Siyasi məhbuslar hökümətin qorxusudur, yoxsa alver predimetidir?]

Əfqan Muxtarlı Azərbaycan məhkəməsinə götürülərkən Bakıda tərəfdaşlarını salamlayır. 31 May, 2017 (Əziz Kərimov/Reyterz)

Muxtarlı sonuncu dəfə 29 may 2017-ci ildə axşam tərəfi dostu tərəfindən görülüb. Onun vəkili Elçin Sadıqov bildirib ki, Muxtarlı Tbilisinin Çonkadze küçəsində 4 Gürcü dilində danışan şəxs tərəfindən oğurlanıb. O deyib ki, bu 4 şəxsdən 3-ü polis qiyafəsində biri isə mülki paltarda idi. O qeyd edib, ki onu qaçıranlar hər 20 dəqiqədən bir öz rəislərinə məlumat vermək üçün zəng edirdilər.

Onun qaçırılması ilə bağlı Gürcüstan Prokurorluğunun istintaqı başa çatmayıb.

Gürcüstanın iştirakı

Əfqanın yoldaşı Leyla Mustafayeva deyir ki, Gürcüstan tərəfi indiyədək oğurluq faktı ilə bağlı normal araşdırma aparmır və buna əsas səbəb kimi Əfqanın ifadəsi tələbi ilə bağlı Azərbaycan tərəfinin sorğuya cavab verməməsini göstərirlər. Mustafayeva OC Mediasına bildirib ki, bu 9 ay ərzində Gürcüstanda araşdırmanın imitasiyası gedib və prosesi izləyənlər ancaq imitasiyanı izləyiblər. O bildirib ki, istintaq daha açıq olmalıdır və prosesin daha çox beynəlxalq araşdırılmasına çağırılması lazımdır.

Leyla Mustafayeva və Afqan Muxtarlı (Leyla Mustafayeva /Facebook)
Leyla Mustafayeva qızı ilə (Fatimə Kərimli/OC Media)

Leyla Mustafayeva deyir ki, yas mərasimi üçün Əfqan Muxtarlıya iki günlük icazə verilsə də onun müsahibəsinin efirə getdiyi axşam dərhal həbsxanaya geri göndərilməsi ilə bağlı tələb irəli sürülüb. Leyla Mustafayeva ehtimal edir ki, bu tələb Gürcüstan rəsmiləri tərəfindən qoyulub.

“Əfqan Azərbaycan mediasına müsahibəsində hökumətlə bağlı sərt danışmışdı. Ancaq həmin gün geri aparmadılar. Sabahı gün Gürcüstanın baş naziri ilə bağlı müsahibəsi efirə gedən kimi reaksiya gəldi”.

Azərbaycanda siyasətçilər də Əfqan Muxtarlı prosesini yaxından izləyirlər. Müsavat Partiyasının divan üzvü Elman Fəttah deyir ki, Əfqanın müsahibəsi Gürcüstan hökuməti ilə Azərbaycan hökuməti arasındakı razılaşmanı zədə altına qoya bilər.

“Məlum məsələdir ki, Əfqan Muxtarlının oğurlanması iki ölkə arasında razılaşam nəticəsində baş verib. Bundan sonra proses Gürcüstana daha çox yönələcək və beynəlxalq təzyiqlərə məruz qalacaq. Çünki Əfqanın yas mərasiminə buraxılması ona hadisələri aydın şəkildə danışmasına fürsət yaratdı və əksinə Gürcüstanın Avropa qarşısında oğurluq faktını təkzib imkanlarını azaltdı”.

Parlamentin Avropa İnteqrasiyası üzrə Komitəsinə və Xarici Əlaqələr Komitəsinə rəhbərliyi edən Tamar Xulordava Gürcü tərəfdən bu iddialara şübhə ilə yanaşır.

“Faktları doğru qəbul etməmiz lazımdı. Müsahibədir əsaslıdır, amma faktları müəyyənləşdirmək üçün kifayət deyil”, — deyə Xulordava OC Mediasına bildirib. “Mən də onun iddialarına dair heç bir məlumat vermədən qaçırma əmrini verən haqda etdiyi televiziya müsahibəsini dinlədim. Gürcüstan hakimiyyəti Muxtarlı ilə müsahibəyə imkan yaratdı və Azərbaycan tərəfi isə hələ də imtina edir. Bütün Gürcüstanın edə bildiyi araşdırmaqdır.”

Müsahibəni sübut kimi qəbul etmək

Əfqan Muxtarlının azadlığı uğrunda mübarizəyə bir çox beynəlxalq təşkilatlar qoşulub. Onlardan biri də Norveç İnsan Haqları Evinin Tbilisi nümayəndəliyidir. Evin hüquqşünası Rusudan Mçedlişvili deyir ki, Əfqan Muxtarlının müsahibəsi ilə bağlı Gürcüstan rəsmi orqanlarına dəlil kimi tanınması və prosesi yenidən şəffaf baxılması üçün Human Rights House və Artikl 42 təşkilatları birgə müraciət göndəriblər.

“Bu müsahibədə Əfqan oğurluğun necə baş verməsini bütün təfərrüatları ilə danışıb. Bu çox önəmlidir. Biz dövlət orqanlarından rəsmi görüş istəmişik ki, bunları müzakirə edək. Bu görüşdə bir çox insan haqları təşkilatlarının olması planlaşdırılır. Bundan başqa Avropa Parlamentinə müraciət etmişik ki, Əfqanın prosesinə nəzarət etməsi üçün xüsusi komissiya yaradılsın”.

Rusudan Mçedlişvili deyir ki, müsahibə gözardına alınsa, laqeydlik davam etsə insan haqları təşkilatları yenidən protestlərə başlayacaqlar.

Əfqan Muxtarlının Gürcüstandan oğurlanması iddiaları Gürcüstan mediasının əsas mövzusu olmuşdu. Hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar da bu hadisənin yenicə Avropaya giriş vizası alan ölkənin siyasi imicinə ağır zərbə olmasını dilə gətirmişdilər.

Tamar Xulordava səlahiyyətlilərin işə müdaxiləsini müdafiə etdi. “Daxili İşlər Nazirliyinin üç yüksək səviyyəli səlahiyyətliləri kənarlaşdırılıb (Sərhəd Mühafizə Xidmətinin Rəisi və Müqavimət Xidmətinin Rəhbəri daxil olmaqla)”, — deyə o bildirib. “Bu məsələ Gürcüstanın vətəndaş cəmiyyəti və mediası tərəfindən geniş və açıq şəkildə müzakirə olunur. Belə reaksiyalar göstərirki ölkədə bu cür hadisələr var.”

Rəsmilərin inkarına baxmayaraq, Gürcüstanın iştirakı ehtimalı barədə söhbət Gürcüstan mətbuatında danışılan bir məsələdir. Yerli hüquq müdafiə qrupları və beynəlxalq təşkilatlar hadisənin Gürcüstanın nüfüzuna zərər vuracağı barədə xəbərdar edirlər. Və Avropa artıq qeyd etdi — Avropa Parlamentinin bir neçə üzvü OC Mediasına Muxtarlının qaçırılması istintaqında Gürcüstanın demokratik bir ölkə kimi imicinə baxışı barədə öz narahatlıqlarını bildirdilər.

Xulordava Hökumətin tənqidçiləri ilə razılaşır. “Muxtarlı iddiasının ətrafında vəziyyət qeyri-müəyyəndir və bizim nüfuzumuz üçün bir ləkədir”, — deyə bildirib. “Nəyin baş verdiyini düzgün araşdırmaq lazımdır.”

Related Articles

Fikir | Azərbaycanın yeni reallığı
azərbaycan

Fikir | Azərbaycanın yeni reallığı

V

İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var. İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək
azərbaycan

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək

V

Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar. Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.  Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.

 Abdullayeva bacılarının dağıdılmış evi. Foto: Seymur Kazımov/OC Media.
azərbaycan

İyul eskalasiyası: Azərbaycanın mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü. OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan re

Tavuş vilayətindəki bir çox evə ciddi ziyan dəyib. Foto: Armine Avetisyan / OC Media.
azərbaycan

İyul eskalasiyası: erməni mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.  OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan r

Most Popular

Editor‘s Picks