Media logo
azərbaycan

Azərbaycanlı qızlar məcburi evliliklərdən qaçırlar

Azərbaycanlı qızlar məcburi evliliklərdən qaçırlar
(Sitarə İbrahimova)

Erkən və məcburi nikah problemi azərbaycanlı qızları ailə və azadlıq arasında çətin seçim qarşısına qoyur. Ailənin, güc strukturlarının və məktəblərin basqısına rəğmən, bəziləri qaçmağı seçir.

[İngilis dilində oxuyun — Read in English]

[Rus dilində oxuyun — Читайте на русском]

19 yaşlı Fidan öz ailəsini yeni həyat əldə etmək üçün tərk edib. Azərbaycanda qadın olmağın çətinliklərini o, çox gənc yaşlarında dərk etməyə başlayıb.

“12 yaşında olarkən, ilk sərt qayda ilə üzləşdim, ‘artıq böyük qız’ olduğum üçün yay, qış fərq etmədən, küçəyə tək çıxa bilməzdim. Mobil telefon əldə etdikdən sonra atam onu yoxlayır, heç bir səbəb olmadan məktəb müəllimlərimə zəng edib, vaxtında gəlib-getməyim haqda sorğu-sual edirdi. Həyatıma bu dərəcədə qarışılmasına ilk dəfə etiraz etdikdə şillə ilə üzləşdim, ikinci dəfə isə artıq məişət əşyaları ilə döyüldüm.”

Fidan danışır ki, 17 yaşında o, özündən 11 yaş böyük kişiyə zorla ərə verilmək təhlükəsi ilə üzləşib. O danışır ki, bu kişi ilə “heç bir ortaq nöqtəsi yox idi”, ancaq onun maşın və pul sahibi olması Fidanın ailəsi üçün daha vacib idi. Ailəsinə təhsilini davam etdirmək istədiyini dedikdə isə, bakirəliyini pozduğundan şübhəliblər.

“Mən universitetdə oxumaq istədiyimi bildirdikdə, ailəm dedi ki, ən yaxşısı işlə və cehiz üçün pul yığ. Atam məni mağazada işə düzəltdi, pul yığmağa başladım və universistetə hazırlaşmaq üçün müəyyən kitablar əldə etdim ki, boş vaxtımda məşğul olum. Ailəm bundan xəbər tutduqda, bütün kitablarım zibilliyə atıldı. Bundan sonra bütün aylıq maaşım məndən alınır və mənə qəpik də verilmirdi.”

Fidan deyir ki, bu kritik vəziyyət onun üçün son nöqtə oldu: o, həm ailəsindən, həm ölkədən qaçmaq qərarına gəldi. Dostları ona pulu yığmaqda yardım etdilər və hal-hazırda o, başqa ölkədədir. Atası onu ölümlə təhdid etsə də, Fidan özünü təhlükəsiz yerdə hiss edir. Onun sözlərinə görə, burada o yeni həyata başlayıb və bu həyatda ali təhsil üçün mütləq yer olacaq:

“Təəssüf ki, ailəm mənim üçün quldarlıq rejiminə çevrildi, ancaq mən qul taleyi yaşamaqdan imtina etdim.”

Zorla nikaha görə hüquqi cəza

Erkən nigahlar problemi Azərbaycanda qabarıq problemlərdəndir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-2014-cü illər ərzində hər il ortalama 3.500 uşaq 15–17 yaş arasında olan qızlar tərəfindən doğulub. Ölkə qanunvericiliyi həddi-buluğa çatmamış qızların zorla ərə verilməsinə görə 3.000 manatdan 4.000 manata qədər cərimə və ya 4 il azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov yerli KİV-lərə bildirib ki, 2014-2015-ci illərdə komitəyə bir sıra regionlardan erkən nikahlarla bağlı şikayətlər gəlib, Komitənin regional mərkəzləri tərəfindən isə cəmi 30-a yaxın belə halın qarşısı alına bilinib.

Ailə içi şiddət problemi də aktual olaraq qalmaqdadır, ancaq bununla bağlı dəqiq statistika yoxdur və bütün ölkədə cəmi 10 zorakılıqdan əziyyət çəkmişlərə yardım mərkəzi mövcuddur.

Evdən qaçan qızlar, bakirəlik testləri, erkən nikahlar

Gülnara Mehdiyeva (MİL Şəbəkəsi)

Fidan öz ailəsindən qaçan yeganə qız deyil. Bu haqda bizə öz fəaliyyəti ilə tanınan feminist aktivist Gülnara Mehdiyeva danışdı.

O deyir ki, son üç ayda ona evdən qaçmış və ya bunu arzulayan 6 həddi-buluğa çatmış qız müraciət edib. Əsasən hüquqi yardım üçün müraciət edirlər, hansı hallarda ailələrini və ya ölkəni tərk edə bilərlər, güc strukturları hansı hallarda zorla onları ailələrinə təslim edə bilər, ailələrinin onları zorla evə qaytarmalarına hüquqi qiymət kimi məsələlərlə maraqlanırlar.

“Öz hüquqları haqda məlumatsızlıq ona gətirib çıxara bilər ki, güc strukturları bu vəziyyətdən istifadə etsinlər. Son belə hal göstərdi ki, polis evdən qaçmış qızın rəfiqələrini bakirəlik testi və hüquqi cəhətdən heç bir əsası olmayan cinayət işi ilə hədələyib.”

Mehdiyeva danışır ki, çox zaman güc strukturları qadınların standart düşüncə tərzini pozma qorxusundan istifadə edir. Onun rəfiqələrindən biri Gəncə şəhərində ona axşam vaxtı mağazaya getdiyi üçün kobud formada etirazını bildirən və özünü güc strukturlarının əməkdaşı kimi təqdim edən şəxslə bağlı polisə ərizə ilə şikayət edib. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Ədliyyə Nazirliyinin əməkdaşıdır, polis bölməsində isə qıza deyiblər ki, öz ərizəsini geri götürsə, daha yaxşı olar, çünki “polis bölməsində olmaq Azərbaycan qadınına yaraşmaz”.

Xoşbəxtlikdən, o, öz hüquqlarını bilirdi və onları tələb etməkdən utanmırdı. Təəssüf ki, bütün qadınlar bu qədər bilikli deyil. Məsələn, ölkədə çox qadın bilmir ki, həddi-buluğa çatmış qadına məcburi “bakirəlik testinin” keçirilməsi və ya bu haqda həkimdən məlumat istənilməsi qanunla qadağandır, yaxud da zorla nikah hüquqi baxımdan cinayət hesab olunur.

Mehdiyeva OC Media-ya bildirib ki, bəzi hallarda bakirəlik testi zorlama ilə bağlıhəddi-buluğa çatmış qızın öz şikayəti əsasında keçirilə bilər (həddi-buluğa çatmamış qızlar üçün isə valideynlərinin şikayəti əsasında).

“Bu cür hallarda biz çalışırıq ki, qızlara onların hüquqları ilə bağlı məlumat verək, mümkün olduqda da ictimaiyyətə mövcud situasiya haqda sosial şəbəkələr vasitəsi ilə informasiya yayaq. Belə hallarda, adətən, polis strukturları işə daha məsuliyyətlə baxırlar”, deyə, o bildirir.

Azərbaycanda feminizm

Gülnara Mehdiyeva qeyd edir ki, Azərbaycanda selektiv abortlar və məcburi, o cümlədən erkən nikahlar kimi özünəməxsus spesifik problemlər mövcuddur. Rayonlarda və kəndlərdə 8-9-cü siniflərdən sonra qızların məktəbə getməsinin dayandırılması və bu haqda məktəb direktorlarının susması halları da mövcuddur.

“Statistikaya görə, regionlardan ali təhsil üçün sənəd verən qızların sayı olduqca azdır. Şəhərlərdə qızların ali təhsil almaları ilə bağlı problemin olmamasına rəğmən, ‘qız diplomunun’ cehiz xarakterli olması ilə bağlı cəmiyyətdə stereotip mövcuddur. İstənilən halda həm rayonlarda və kəndlərdə, həm də şəhərlərdə əsas dəyər ərə getmək və ailə sahibi olmaq kimi qiymətləndirilir.”

Öz fəaliyyəti haqda danışan Gülnara Mehdiyeva bildirir ki, bilikləri artıqca, o, müxtəlif treninqlər və seminarlar keçirməyə başlayıb. Bu cür tədbirlər geniş auditoriyaya, hələ ki, yeganə çıxış vasitəsidir, çünki Azərbaycanda əksəriyyət hələ də feminizmin nə olduğunu ya bilmir, ya da eşidib, ancaq tam olaraq anlamır. Mehdiyeva ona da qeyd edir ki, hələ ki, Bakı ilə kifayətlənməyə məcburdur, ancaq yaxın planlarında rayonlara da çıxış var.

Related Articles

Fikir | Azərbaycanın yeni reallığı
azərbaycan

Fikir | Azərbaycanın yeni reallığı

V

İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var. İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək
azərbaycan

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək

V

Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar. Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.  Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.

 Abdullayeva bacılarının dağıdılmış evi. Foto: Seymur Kazımov/OC Media.
azərbaycan

İyul eskalasiyası: Azərbaycanın mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü. OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan re

Tavuş vilayətindəki bir çox evə ciddi ziyan dəyib. Foto: Armine Avetisyan / OC Media.
azərbaycan

İyul eskalasiyası: erməni mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.  OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan r

Most Popular

Editor‘s Picks