Media logo
azərbaycan

Azərbaycan-Erməni sərhədində, atəş altında yaşamaq

Azərbaycan-Erməni sərhədində, atəş altında yaşamaq
Koxanəbidə — güllə altında həyat (/OC Media)

Atəşkəs pozulmaları Azərbaycan və Ermənistan sərhədləri arasında müntəzəm bir vəziyyətdir və cəbhədən 300 metr məsafədə yerləşən Koxanəbi kəndi də istisna deyil. Sərhəd boyunca davamlı şəkildə atəşkəs pozulsa da hökümət bu kəndlərə qarşı qayğısız yanaşır.

[İngilis dilində oxuyun — Read in English]

[Rus dilində oxuyun — Read in Russian]

Atəşkəs pozulmaları Azərbaycan və Ermənistan sərhədləri arasında müntəzəm bir vəziyyətdir və cəbhədən 300 metr məsafədə yerləşən Koxanəbi kəndi də istisna deyil. Sərhəd boyunca davamlı şəkildə atəşkəs pozulsa da hökümət bu kəndlərə qarşı qayğısız yanaşır.

Azərbaycanın Tovuz Rayonunun şimal-qərbində yerləşən Koxanəbi kəndi Ermənistanla sərhəddə Azərbaycanın ən yaxın kəndidi. Bu kəndi Ermənistanın hərbi atışma postundan sadəcə 300 metr ayırır. On il əvvəl kənddə 125 ailə yaşayırdısa indi burada cəmi 35-40 ailə qalıb. Evlərini tərk etmək istəməyən insanlar isə hər sabah silah-atəş səsiylə oyanırlar.

48 yaşlı kənd sakini Məhəmmədov Məhəmməd deyir ki, öz ehtiyaclarını təmin etmək üçün bağlarında məhsul əkə bilmirlər. Əllərinə toxa-kürək alan kimi qarşı tərəfdən atırlar.

“Bizim kənd şəhər mərkəzindən çox uzaqdır, ona görə işləmək üçün getməyə heç bir yerimiz yoxdu. Kəndlilər başqa nə edə bilər? Biz ya mal-qara saxlamalıyıq ya məhsul əkməliyik. Torpaq dəmyədir. Kartof burada çox yaxşı böyüyür. İndi toxum əkmək zamanıdı, lakin biz edə bilmirik. Kəndin kənarında çox da nəzərə çarpmayan evlərdə yaşayan insanlar bəzi məhsulları əkə bilirlər. Lakin biz gecənin qaranlığında işləməliyik”. Məhəmmədov OC Mediaya bildirib ki, əkin vaxtı bir çox sakin yaralanıb, hətta bəziləri əlil olub.

Məhəmmədov şikayət edirki, hökümət onların kommunal xərclərini azaltmağa da kömək etmir.

«Bizim gəlirimiz yoxdu. Mən bəzən fəhlə kimi harda olsa işləyirəm, doqquz nəfərlik ailə üzvüm ata və anamın pensiyası ilə yaşamalıdılar. Qışda qaz və işıq xərcləri yaydan çoxdu. Keçən qış bu xərc 80 manat (47 $) idi. Onların pensiyaları 120 manata (70 $) çatır, biz ailəmizi necə saxlayaq?!” Məhəmmədov deyir.

Qaranlığa məhkum evlər

Sürəyya Tağıyeva (/OC Media)

Koxanəbidə Yalnız Tağıyevlər ailəsi mal qara saxlayır. Erməni hərbi postundan onların evləri açıq-aydın görülür. Atılan güllələr nəticəsndə indiyədək bu ailənin yeddi inəyi öldürülüb. Sürəyya Tağıyeva deyir ki, onlar evlərində işıq yandıra bilmirlər. Çünki əsgərlər işıq görən kimi atəş açırlar.

“Hər il biz dam və pəncərələri təmir etməliyik və hər il bir neçə mal qaramız ölür. Lakin hökümət onlardan heç biri üçün təzminat vermir. Bizi dəyərləndirməlidirlər, çünki biz kəndimizi əsgər tək, sərhədçi kimi qoruyuruq. Əgər kəndi tərk etsək bura boş qalacaq. Onsuz da buranı çox adam tərk edib”, Tağıyeva bildirib.

Koxanabidə çoxlu tərk edilmiş evlər var. Pulemyot güllələrindən çökmüş damlar, qırılmış pəncərələr və güllələnmiş kərpic evlər kəndin xarabaya döndüyünü aydın şəkildə göstərir.

Koxanabinin başqa sakini Səltənət Abbasova ikimərtəbəli evdə tək yaşayır. O deyirki, əri öldükdən sonra onun beş usağından heç biri kənddə qalmayıb.

Səltənət xanım deyir ki, uşaqları belə çətin şərait dözmək istəmədilər. Bəzisi iş üçün xarici ölkələrə gedib, bəziləri rayon mərkəzinə və ya başqa kəndlərə köçüblər. O isə səksən yaşı olmasına baxmayaraq, erkən yaşda gəlin gəldiyi evi tərk etməyib. Aldığı 68 manat (40 $) pensiya ilə yaşamağa çalışır. O həm də işıq pulunu ödəyə bilməməsindən də şikayətlənir. Qaranlıqda tək yaşayaraq gələn ayın pensiya ödənişini gözlədiyini deyir.

Səltənət Abbasova (/OC Media)

“Bizim imkanımız yoxdu, biz işləyə bilmirik. Gəlib işıq pulunu istəyirlər. Əgər verməsək kəsirlər. Onlar deyir ki, nə ediriksə yaxşı edirik, əgər yaşaya bilmirsizsə buradan çıxın gedin. Əsas odurki pulu ödəməlisiz.”

Boş siniflər-təhsilsiz gələcək

Başqa bir sakin Gülrux Əliyeva deyirki, gənclərin gələcəyi kənddə məhv edilib. O deyirki, məktəblilər kolların arxasında gizlənərək məktəbə gedir. Elə ailələr varki qorxduqları üçün uşaqları məktəbə göndərmirlər.

‘Mənim üç uşağım var. Həftədə bir və ya iki dəfə uşaqlarımı məktəbə göndərirəm. Heç bir halda faydası yoxdu, məktəbi tamamlamaq mümkün deyil. Bir gün atəş elə güclü idiki heçkəs uşaqlarını məktəbə göndərmədi. Zülmlə bir qismət çörək tapıb, güclə uşaq böyütmüşük, mərmi qarşısına necə göndərək?.

Əliyeva deyirki, qızlar biraz böyüyən kimi təhlükəsiz olmaları üçün qonşu və ya uzaq kəndlərə ərə verilirlər. Bu kənddən 15-17 yaşlı öz uşaqları ilə birgə gəlincikləri ilə oynayan gəlinlər var.

Tovuz rayonunun hakimiyyət orqanlarının məlumatına görə son iki ildə Tovuzun sərhəd kəndlərində sərhəd boyunca atılan atəş nəticəsində 14 vətəndaş yaralanıb.

Koxanabinin icra məmuru Sadiq Əbilov kompensasiya ilə bağlı sualları cavablandırıb və bildirib ki, mütəmadi atəşkəs pozulsa da vəziyyət o qədər də pis deyil. Əbilovun sözlərinə görə atəş nəticəsində baş verən ziyan elə baş verən andan Fövqəladə Komisyası tərəfindən qeydə alınıb və Milli Şuraya göndərilib, lakin indiyə qədər cavab verilməyib.

Güzəşt yoxdu…

Koxabəni (/OC Media)

Tovuz Rayon Qaz İstismar İdarəsi və Enerji Satışı Şöbəsindən isə deyilir ki, sərhəd kəndlərdəki sakinlərə dövlət tərəfindən heç bir güzəşt nəzərdə tutulmayıb. Bildirirlər ki, sayğacdan istifadə edən sakinlər öz şəxsi vəziyyətlərindən və yaşadıqları yerdən asılı olmayaraq enerjinin pulunu ödəməlidirlər.

Milli Məclis 2014-cü ildə sərhəd kəndlərində yaşayan insanlar üçün güzəştləri müzakirə edib. Həmin vaxt Millət vəkili Elman Məmmədov Azərbaycan mediası Modern.az ilə müsahibəsində bildirib ki, bu ərazilərdə yaşayan insanlar kommunal xərclərdən azad edilməlidir. Lakin həmin vaxtdan çox vaxt keçilməsinə baxmayaraq heç bir güzəşt tətbiq edilməyib.

İqtisadçı ekspert Zöhrab İsmayıl döyüş bölgələrində olan uzaq kənd vəsahələrdə güzəştlərin vacibliyini bildirir. Onun sözlərinə görə Azərbaycanın büdcəsi belə insanların kommunal xərclərdən azad etmək üçün kifayət qədərdi.

Xəzər Müdafiə Tədqiqatlar İnstitununrəhbəri Cəsur Sümərinli deyir ki hökümətin sərhəd bölgələri haqqında aydın siyasəti yoxdu.

“Ölkələr arasında qarşıdurmalar sərhəddə yaşayan insanların həyatını təhlükəyə atır. Eyni zamanda onların müklərinə də ziyan dəyir. Təəssüf ki, bu təhlükələri məhdudlaşdırmaq və ya maddi ziyana görə kompensasiya etmək üçün heç bir şey edilmir”. Sümərinli deyir ki, hakimiyyətdə olanlar münaqişənin həlli ilə bağlı dəqiq siyasətə malik deyil və hökümət cəbhələrdə yaşayan insanların vəziyyəti ilə maraqlanmır.

Cəsur Sümərinli iqtisadi, siyasi və hərbi dəstək daxil olmaqla cəbhələrdə yaşayan insanların təhlükəsizliyini artırmaq üçün bir proqramın qurulmasının zəruri olduğunu bidirir.

Tovuz Rayonun sərhəd bölgələrində beş mindən artıq insan daimi təhlükə və dəhşətli vəziyyət ilə üzləşir.

Related Articles

Fikir | Azərbaycanın yeni reallığı
azərbaycan

Fikir | Azərbaycanın yeni reallığı

V

İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var. İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək
azərbaycan

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək

V

Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar. Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.  Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.

 Abdullayeva bacılarının dağıdılmış evi. Foto: Seymur Kazımov/OC Media.
azərbaycan

İyul eskalasiyası: Azərbaycanın mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü. OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan re

Tavuş vilayətindəki bir çox evə ciddi ziyan dəyib. Foto: Armine Avetisyan / OC Media.
azərbaycan

İyul eskalasiyası: erməni mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.  OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan r

Most Popular

Editor‘s Picks