fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Ermənistanda yaş diskriminasiyası: nə üçün qadınlar iş əldə etmək üçün plastik cərrahiyəyə müraciət edir?

6 July 2018
Yerevanda gözəllik salonu. (Nazik Armekanyan /Daphne)

Ermənistanda işsizlik səviyyəsinin yüksək olması sayəsində sakinlər işə götürənlərin ədalətsiz və istismarçı yanaşmasından əziyyət çəkir. Hüquqi müdafiənin olmaması səbəbindən işəgötürənlər yaş və xarici görünüşə görə qadın ərizəçilərə qarşı ayrı-seçkilik edirlər. Qadınların, iş tapmaq ümidi ilə, öz gəncliyini bərpa etmək və kosmetik prosedurlardan keçməkdən başqa bir çarəsi qalmır.

Yerevan küçələrində az miqdarda pulla müəyyən kosmetik prosedurların aparıla biləcəyi gözəllik salonları tikilib.

“Dodaqların həcminin böyüdülməsi ilə məşğul oluram, eləcə də onları korrektə edirəm, ağız, gözlər və alın ətrafı kiçik qırışları hamarlaşdırıram. Mənim bir çox daimi müştərilərim vardır”, — kosmetoloq Şuşan deyir və əlavə edir ki, bəzi müştərilər onun yanına şəxsi istəyi ilə gəlmir.

“İldə iki dəfə yanıma gəlmək məcburiyyətində qalan müştərilərim vardır. Onlar hər zaman formada olmalıdırlar — rəislərinin tələbi budur. Üzə qulluq onlar üçün yeni geyim almaq kimi bir şeydir, belə ki, işlədiyi şirkətlərdə işçilərə aid “köhnəlmiş” heç bir şey olmamalıdır: nə geyim, nə də ki sima”.

Yaşı 25-i ötmüşlər artıq qocadır

31 yaşlı Alina uzun müddət iş tapa bilmirdi. Universiteti bitirdikdən sonra Avropaya getmiş, Polşada könüllü proqramda işləmişdi. Evə qayıtdıqdan sonra iş tapmaq çətinləşdi. O, iddia edirdi ki, işəgötürənlər onu çox “yaşlı” hesab edirdilər.

Alina söyləyir: “Mən tərcüməçiyəm, xarici dilləri sərbəst şəkildə bilirəm, lakin ixtisasıma uyğun iş tapmağım çox çətin olduğundan mağazada satıcı vəzifəsi axtarışına cavab vermək qərarına gəldim. Mənim kimliyim, hansı təhsilə sahib olmağım müdirin marağında deyildi. O, mənə baxıb soruşdu ki, neçə yaşım var. Mən cavab verdim ki, 27. “Bağışlayın, amma siz çox yaşlısınız, bizə uyğun gəlmirsiniz” — deyə o, bəyan etdi”.

İndi qız təhsil müəssisəsində çalışır və söyləyir ki, yaşına baxmayaraq yaxşı iş tapdığına görə yoldaşları onun paxıllığını çəkir.

Advertisements
Yaşı 25-dən çox olmayan, gözəl görünüşlü, sevimli, komplekssiz xadiməçi tələb olunur. Mənzilimi təmizləmək lazımdır. Əmək haqqı — 150 000 dramdan başlayır.

“33 yaşlı rəfiqələrimdən biri heç bir yerdə iş tapa bilmir. Hər kəs onun çox yaşlı və kifayət qədər gözəl olmadığını söyləyir. O, yalnız xadiməçi işləyə bilər” — deyə Alina davam edir.

Ermənistanda qadınların güzaranı çox çətindir keçir. Bazarda cəmi bir neçə yerə yaşı 30-a çatmış qızı işə götürə bilərlər. Ən son hədd 25-27 arası yaşdır. Bundan əlavə işəgötürənlərin əksəriyyəti qadın işçiləri ciddi qəbul etmirlər.

“Mən Vanadzordanam (Ermənistanın şimalında), Yerevana iş tapmaq ümidilə gəldim. Doğma şəhərdə heç kimsə məni öz ixtisasıma görə işə götürmədi. Mən iqtisadçıyam. Lakin bir müddət keçdikdən sonra anladım ki, paytaxtda iş tapmaq fikri tamamilə faydasızdır” — 38 yaşlı Lüsine deyir. O, ofis işi tapmaq ümidini tamamilə itirdi və satıcı işi axtarışına keçdi.

“Mən bir neçə mağazada oldum, lakin mənə hər yerdə “Bağışlayın, biz sizə yalnız xadiməçi işini təklif edə bilərik” — deyə cavab verirdilər”.

Model görkəmli satıcı tələb olunur

“Mənim kiçik çanta mağazam var. 25 yaşında, hündürboy, uzun saçlı və dolğun dodaqlı satıcı qız axtarıram. Mağazamda bu cür qızların işləməsini xoşlayıram. Onlar müştəriləri də cəzb edilər” — Yerevandan Arayik deyir.

Ermənistanın Vəkillər Palatasında beynəlxalq hüquq üzrə ekspert Ara Ğazaryan deyir ki, Əmək Məcəlləsində işçilərin cinsi, xarici görünüş və yaşı ilə bağlı ayrı-seçkilik qadağası dəqiq göstərilməmişdir. Bu halda, qanun qarşısında hamının bərabər olması və ayrı-seçkiliyin qadağan olunmasının göstərildiyi, yalnız Ermənistan Konstitusiyasına müraciət etmək mümkündür.

“Biz cinsi ayrı-seçkiliyə rast gəlirik. Əmək məcəlləsində ayrı-seçkiliyin qadağan edilməsinə dair yalnızca bir maddə var <…>, təəssüf ki, ayrı-seçkiliklə mübarizə haqqında müəyyən bir qanun yoxdur, baxmayaraq ki, indi bu, Ermənistanda çox önəmlidir”.

Ğazaryanın sözlərinə görə, problem yalnız cinsi ayrı-seçkiliyə qarşı mübarizə haqqında qanunvericilikdə bir maddənin nəzərdə tutulmaması deyil, həm də qadınların özlərinin işəgötürənlərlə problem yaranmaması üçün səy göstərməsindədi.

“Qadınlar iş təkifinə cavab verir. Sonra isə heç bir səbəb olmadan təklifdən boyun qaçırır, yaxud da onu rədd edir. Çox zaman işəgötürən bunu öz xeyrinə çevirir və işçiləri özü seçmək hüququ olduğunu söyləyir, lakin bu, onun açıq şəkildə cazibədar (ideal proporsiyalara sahib) gənc qız axtarmasını etiraf etməsi anlamına gəlmir”, — Ğazaryan deyir.

İşə alınma müqabilində seksual xidmətlər

29 yaşlı Ani bu yaxınlarda yaş həddi 25-ə qədər göstərilmiş katibə vəzifəsi axtarışına cavab vermişdi. Aylıq məvacib 200 000 dram (410 ABŞ dolları) təşkil edirdi. O, işəgötürənə zəng etdiyini, yaşının göstərilən yaş həddindən bir qədər çox olmasını etiraf etdiyini və ona şans verilməsini xahiş etdiyini söyləyir.

“Müdirin yanına iş müsahibəsinə gəldim. O, məni başdan ayağa nəzərdən keçirdi və hətta öz ətrafımda dönməyi xahiş etdi. Bir neçə dəqiqə düşündükdən sonra yaşımın “çox” olmasına baxmayaraq, təravətli göründüyümü və onlarla işləyə biləcəyimi söylədi. Lakin o, qarşıma bir neçə şərt qoydu: dodaqlarımın həcmini böyütmək və işdən asudə vaxtları qeyri-rəsmi “münasibətə” hazır olmağımı söylədi. O, cəmiyyət içinə çıxmağı sevdiyini, katibənin isə həmişə onunla bərabər olacağını və bəzən də onu toppuş dodaqları ilə öpməli olacağını söylədi. Mən sadəcə başımı götürüb qaçdım”, — qız deyir.

“Mən Pedaqoji Universitet məzunuyam. Dilçiyəm. Üç il iş tapa bilmədim, ona görə də bir kafedə ofisiant işləməyi qərara aldım — başqa çarəm yox idi. Bir həftə sonra müdir mənə zəng vurub otağına çağırdı. O, məni menecer edə biləcəyini, lakin bu vəzifəni qazanmaq lazım olacağını söylədi, yəni onunla cinsi əlaqəyə girmək. Mən ani olaraq qızardım, utancımdan ölürdüm. Axı ofisiant olmaq fahişə olmaq deyildir” — deyə Gəyanə danışır (onun xahişi ilə əsl adını söyləmirik).

“Kişi işəgötürənlər bəzən qadınların bu həssas vəziyyətindən sui-istifadə edirlər və yaxınlıq etməyi təklif edirlər. Bu, Ermənistanda çox geniş yayılmışdır. Lakin bizdə bu problemi tənzimləyən heç bir qanun olmadığından, qadınlar isə bu haqda söhbət açmağa utandıqlarından, iş məhkəməyə qədər gəlib çıxmır”, — deyə Ara Ğazaryan açıqlayır.

Ermənistanda 46 700 işsiz qadın qeydə alınmışdır — bu, ümumi işsiz sayının üçdə ikisidir.

İşəgötürənlərin qadın işçilərinin xarici görünüşünə qoyduqları tələblərə görə Ermənistanda gözəllik salonları və kosmetik cərrahiyyə klinikaları çox məşhurlaşmışdır. Rəsmi statistik göstəricilərin olmamasına baxmayaraq, plastik cərrahlar hər gün onlarla qadının dodaqlarını, omba və döşlərinin həcmini böyütdüklərini iddia edirlər. İşə qəbul olunmaq üçün qadınlar dəyişmək məcburiyyətində qalır.

Məqalə Cənubi Qafqazdakı Fridrix Ebert (Friedrich-Ebert-Stiftung) fondunun regional bürosunun dəstəyi ilə hazırlanmışdır. İfadə edilmiş bütün fikir və terminlər müəllifin özü tərəfindən seçilmiş və fondun, yaxud da OC Media redaksiyasının nəzər nöqtəsini əks etdirməyə bilər.

Right now, online media in Georgia is in dire need of safety equipment, legal support, and technology as we cover increasingly challenging circumstances. Support small, independent media outlets in Georgia via our collective fundraiser.

Interested in directly assisting OC Media? Consider becoming a member.