Media logo
azərbaycan

Haqq güclünün tərəfindədir — Azərbaycan məktəblərində təhdid

Haqq güclünün tərəfindədir — Azərbaycan məktəblərində təhdid
(Sheki-ih.gov.az)

İnternet dövründə bullinq (aqressiv təqib, təzyiq və təhdid) haqqında müzakirələr daha qlobal olur. Azərbaycanda belə müzakirələr ölkədə zorakılıq, qocaqlıq və namusa olan mübasıbətə işıq tökür. Uşaqlar çox vaxtı məktəb meydançalarındakı “həyat dərslərində” iştirak etmək məcbur olurlar, və bunun acınacaqlı nəticələri heç də nadir hal deyil.

Ötən ilin dekabr ayında məktəb bullinqinin qurbanı olmasını videokameraya danışan amerikalı yeniyetmə Kitonun iştirakı ilə hadisə internetdə geniş yayıldı. ABŞ-də reaksiya tam uyğunlaşmış idi: şou-biznes ulduzları və onlayn izləyicilər şərhlərində oğlanın tərəfində çıxdılar.

Azərbaycan sosial şəbəkələrində isə reaksiya başqa idi. Çoxlarının oğlana təsəlli vermələrinə baxmayaraq, bəziləri tam əks yanaşdılar. Onlar “Kitonla, əlbət, nəsə elə deyil” və “cavabını vermək gərək bacarmalısan” tipli şərhlər yazırdılar. Bəziləri özlərinin məktəbdə nə qədər qocaq olduqlarını xatırlayırdılar.

“Oğlan da sən deyən eybəcər deyil ki. Bəlkə, məktəb kollektivinə yazılmır? Bir sözlə, əfəldir”, — bir gənc xanım yazır.

Keçmiş məktəb psixoloqu və sosioloq Humay Axundzadə deyir ki, Azərbarcanda cəmiyyətdə qarşıya çıxan təhdidə olan reaksiya “qurbanın təqsirləndirilməsi” (victim blaming) tipli reaksiyaların mövcud olan ənənəvi cəmiyyətin klassik davranışıdır.

“İnsanlar zorakılıq və aqressiya qarşısında öz acizliyini hiss edirlər, amma bunu öz qarşılarında etiraf etməyin yerinə, təkbaşına zorakılığın və ədalətsizliyin qarşısını ala bilməyəcəklərinə görə, adətən qurbanı təqsirləndirməyə başlayırlar, — Axundzadə deyir, — Bu, çox rahat bir nöqteyi-nəzər insanlara ədalətsizlik və zorakılıq qarşısında öz zəifliyini hiss etməmək imkan verir”.

Bullinq hədəfi olanın çinsindən asılı olaraq, müxtəlif qender stereotiplərindən istifadə edilir. “Məsələn, bu, oğlandırsa, onu ənənəvi kişilik ideallarına uyğun olmadığında təqsirləndirə bilərlər. Bu stereotiplərə dair, kişi özünü və digərlərini müdafiə etməyə, yəni zorakılığı tətbiq etməyə bacarmalıdır, — sosioloq deyir, — Hədəf qızdırsa, o zaman ittihamçılar böyük ehtimalla onun davranışında təhdidə bəraət qazandıran nəsə tapacaqlar”.

Hər-halda, Axundzadənin sözlərinə görə, qurban təqsirləndirmənin kökləri zorakılıq tətbiqinin normallaşdırılması və cəmiyyətin ədalətsizliyə olan hissiyatsızlığı ilə bağlıdır.

O, həmçinin qeyd edir ki, çox vaxt uşaqlar təhdid haqqında valideynlərinə danışmır, və bunu uşağın victim blaming, yəni ki, “özün təqsirkarsan” reaksiyasını almaq qorxusu ilə əlaqələndirir. Bundan başqa, uşağın susması hərdən bir valideynlərlə bir biri ilə etibarlı münasibətlərin olmadığı haqqında bəhs edir.

Məhs bu, 12 yaşlı Xəqaninin anası Günayın başına gəlmişdi: o, təqib haqqında yalnız cırılmış dərsliklər və çoxlu suallardan sonra bildi. Bundan başqa, ona uşağın pis yatdığı və əsəbi olduğu aşkarlandı. Günay bizə dediyi kimi, o, uşağının psixi sağlamlığından narahatlanaraq, onu özəl məktəbə keçirdi.

Təhdidin uzunmüddətli fəsadları

Bullinq mövzusunda onun gələcək həyata ağır fəsad gətirməsi haqqında çoxlu tədqiqatlar meydana çıxır. Məsələn, Lancet Psychiatry jurnalında dərc olunmuş Uorik Universitetinin (Böyük Britaniya) araşdırması aşkar etdi ki, təhdid qurbanı olan uşaqlar hətta valideynləri onlarla pis davranan uşaqlardan müqayisədə olaraq həyacanlılıqdan beş dəfə, depressiyadan isə iki dəfə çox əziyyət çəkirlər.

Digər britaniya tətqiqatçılar qrupu Böyük Britaniyada beş min ailədən ibarət olan Uşaqların və valideynlərin uzunmüddətli tədqiqatının (Avon Longitudinal Study of Parents and Children) məlumatlarını təhlil edib. Onlara keçmiş bullinq qurbanlarının digər böyüklərlə müqayisədə böyük yaşlarında beş dəfə artıq psixi pozuntulardan əziyyət çəkdiklərini aşkarlanıb.

Əzizin indi 33 yaşı var. O, həm məktəbdə təhdidin, həm ailədə zorakılığın olduğu haqqında danışır. “Atam tez-tez içkili olurdu və məni döyürdü”, — deyir. Əzizin sözlərinə görə, yuxarı siniflərdə o, kəkələməyə başladı, və bu, 25 yaşadək davam etdi.

“Bundan başqa, mən çox utancaq idim, qızlarla tanış olmaqdan qorxurdum — o, danışır, — sonra musiqi ilə məşğul oldum, mahnı oxumağa başladım, və məlum oldu ki, mən oxuyanda kəkələmirəm. Yarım il — bir il bundan sonra kəkələməyim tamam keçdi”.

Əziz danışır ki, məktəbinə nifrət edir, və pis xatirələrə qapılmamaq üçün onu kənardan keçməyə çalışır. O, əlavə edir: “Təhdid mənim həyatımı qırdı, və yaxşı ki, indi bu barədə danışılır”. Bundan başqa o, deyir ki, müəllimlər sinif yoldaşlarının ona olan münasibət haqqında bilirdilər, amma heç cür reaksiya vermirdilər.

Müəllimlər nə edir

Məktəb müəllimi Vaqif hesab edir ki, təhdidin kökləri cəmiyyətdə əmələ gəlir. Öz müşahidələrini xatırladaraq, o, deyir: “Çoxları təhdidin özünə qatılmasa da, ümumi masqaralardan həzz alırlar. Amma elə siniflər var ki, mən bu halları ümumiyyətlə görməmişəm. Daha dəqiq desək, 6–7 siniflərə çatanda təhdidlər bitir”.

Onun sözlərinə görə, təhdidin olub-olmaması çox zaman müəllimdən asılıdır. “Bu siniflərdə uşaqların gündəlik həyatı ilə maraqlanan müəllimlər daha çox idi, bu, elə müəllimlər idi ki, uşaqlarla birlikdə işləyirdi, və vəziyyəti boş buraxmırdılar”, — müəllim deyir.

O, deyir ki, başqalarını təhdid edən uşaqlarla təklikdə söhbət edir. Onun sözlərinə görə, hərdən bir belə yanaşma öz nəticələrini verir. “Zəif uşaqlar” və sinifdə yeni olanlar daha çox təhdidə məruz qalır.

Bundan başqa, nüfuzlu özəl məktəblərin birində direktor müavini vəzifəsində çalışan Gülnarə hesab edir ki, incidənlə müəllim arasında söhbətlə nəyəsə nail olmaq çətindir. “Uşaq bullinq kimi qiymətləndirilən halın qurbanı olubsa, müəllimlə incidənin mənəvi-etik mövzularda söhbətin heç bir faydası yoxdur”, — o, deyir.

Onun sözlərinə görə, xarici məktəbləri nümunə götürən Bakıdakı özəl məktəblərin üsulları daha uğurlu olur. Məktəbin nizamnaməsində belə hallarda nə etməli aydın təsvir edilir: zərər çəkmiş uşağın valideynləri məktəb direktorunun yanına gəlir və bütün baş verənlər haqqında həm direktorun özünü, həm sinif rəhbərini və digər müəllimləri məlumatlandırır.

“Burada cəmi bir tələb ola bilər: “İncidənlə öz hərəkətlərinin necə qiymətləndirməsindən asılı olmayaraq, həm fiziki, həm verbal və qeyri-verbal zorakılığın dərhal dayandırılması olmalıdır, — o, deyir, — və hadisə təkrar olunsa, səbəbləri göstərmək şərti ilə məktəbdən çıxarılmalıdır”. Araşdırma zamanı incidən tələbə hər-halda dərslərdən uzaqlaşdırılır. Və bu üsul, Gülnarənin sözlərinə görə, daha yaxşı işləyir: “Bütün iştirakşılar üçün bu, yaxşı həyat dərsinə çevrilir”.

Valideynlər çox vaxt problemi daha da şiddətləndirirlər

Amma, Gülnarənin sözlərinə görə, elə hallar da olur ki, valideynlər bu məsələlərdə özlərini müttəfiq kimi aparmır. Hər iki tərəfin valideynləri problemin həllindən bir biriləri ilə düşmənçiliyi daha üstün tuturlar. Çox vaxtı geniş yayılmış qərar tapırlar: “idmana verərəm — hamını döyər”.

“Onlar bu fikirləri uşaqların beyinlərinə yeridirlər, aqressiv davranışı dəstəkləyirlər, — o, deyir, — qalib gələn isə ən güclüsü yox, ən xaini olur: bıçaq, kastet, daha böyük uşaların köməyindən istifadə edən”.

Onun sözlərinə görə yeganə çıxış yolu qanuni həllərin tələbidir. “Uşaqlara münaqişələrin hüquqi yolla həllini öz misalınızla göstərmək lazımdır, — o, deyir, — səni söydülər, ola bilər ki, hətta digərlərin yanında, — sən dərhal direktora və ya tədris hissəsinin müdirinə yazılı şəkildə müraciət etməlisən”.

Lakin, onun sözlərinə görə, çox vaxtı bu çıxış yolu “xəbərçiyə” mənfi münasibət göstərmək adəti olan “mentalitetlə” uyğun gəlmir. “Bizim uşaqların beyninə “xəbərçi olma” fikirini yeridirlər, — Gülnarə deyir, — bundan başqa, hadisənin şahidləri həmin səbəblərdən nə baş verdiyini daışmırlar. Onlara namus haqqında köhnəlmiş anlayışlarını günahsız insanın əziyyət çəkməsi heç dəymir”.

Oc Media-nın müsahibləri olan valideynlər Gülnarənin sözlərini təsdiqlədi. Bəziləri problemləri incidən uşaqlar və onların valideynləri ilə qalmaqal və dava-dalaşla həll edirdi, bir ana isə özgə uşağın üstünə qışqırdığını və hətta vurmaq istədiyini etiraf etdi.

Related Articles

Fikir | Azərbaycanın yeni reallığı
azərbaycan

Fikir | Azərbaycanın yeni reallığı

V

İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var. İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək
azərbaycan

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək

V

Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar. Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.  Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.

 Abdullayeva bacılarının dağıdılmış evi. Foto: Seymur Kazımov/OC Media.
azərbaycan

İyul eskalasiyası: Azərbaycanın mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü. OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan re

Tavuş vilayətindəki bir çox evə ciddi ziyan dəyib. Foto: Armine Avetisyan / OC Media.
azərbaycan

İyul eskalasiyası: erməni mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.  OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan r

Most Popular

Editor‘s Picks