Azərbaycanda əlilliyi olan şəxslər normal həyat qurmaq çalışırlar. Amma onların cəhdləri bərbad infrastruktur, hər addımda diskriminasiya və qeyri-mükəmməl qanunvericiliklə qarşılaşır.
2009-cu ildə, Orxanın 19 yaşı olanda o, travma nəticəsində sərbəst hərəkət etmə qabiliyyətini itirdi. “Mən, çaya tullanarkən, diqqətimi yayındırdım. Bərk dəydim. Və o vaxtdan mən əlil arabasında hərəkət edirəm”, — o, deyir.
Zədə almaqdan öncə o, aktiv həyat tərzi sürürdü. Gününün çox vaxtını döyüşlə məşğul və məşqçi olduğuna görə idman zalında keçirirdi. Həyat bir anda dəyişdi, idman zalının əvəzinə palatanın divarları gəldi.
«Əvvəl mənə bunlar çox ağır gəlirdi, amma mən özümü o fikirə yönəltdim ki, həyatımızda nə baş versə bizim xeyrımızədir. Hətta bunu dərhal dərk edə biməsək belə”, — gənc belə söyləyir.
Orxan özünə qapanmadı. Əlillik ona sosial həyat sürmək və qızlarla görüşməyə mane olmur. “Mənim üçün bir münasibət qurmaq problem deyil, — o, deyir, — adamların çoxu düşünür ki, insanda əlillik varsa, deməli heç kimlə görüşə biməz və seksual münasibətdə də problemləri var. Amma bu, elə deyil”.
O, təhsilini davam etdirdi, əlilliyi olan insanların problemləri haqqında məqalə və bloq yazıları hazırlamağa başladı. Bu problemlərin arasında şəhər daxilində hərəkət etmək problemi xüsusi yer tutur.
Evdən çıxış — əlilliyi olan şəxslər üçün xüsusi əməliyyat
Gənc Bakıdakı sovet vaxtından qalmış doqquzmərtəbəli binanın altıncı mərtəbəsində yaşayır. Çox zamanlar bu, küçə qapısına aparan sınmış pillələri və darısqal rahatlığı olmayan, əlil arabası gücnən yerləşən lifti olan binalardı. Liftin mərtəbə arasında saxlaması əlavə çətinlikdir.
“Mən kiminsə köməyindən istifadə etmək məcburam, gərək mənə öncədən liftə minmək, sonra isə liftdən çıxmaq kömək etsinlər”, — Orxan deyir.
Orxan çətinliklə şəhər daxilində hərəkət edir. Şəhərin infrastrukturu əlilliyi olan şəxslər üçün çox zəif cavab verdiyinə görə o, evdən çıxarkən köməksiz keçinə bilmir: “Yanımda həmişə dostlarımdan və ya qohumlarımdan kimsə var”.
O, tez-tez taksidən istifadə etməli olur, bu isə büdcəsi üçün zərbədir. Müasir Bakubus avtobuslarında əlilliyi olan şəxslər üçün açılan panduslar və xüsusi yerlər təyin edilib, amma bu avtobuslar bütün şəhər boyu fəaliyyət göstərmir. Şəhərin uzaq rayonlarında və ya şəhərdən kənarda yaşayan şəxslər üçün taksi yeganə çıxış yoludur.
Lakin hətta avtobusa minmək üçün nəzəri cəhətdən mümkündürsə, burada da çətinliklər çoxdur. Avtobusa minmək üçün Orxan arabasında dayanacağa kimi uzun məsafəni getməlidir. Qışda soyuğun və pis yolların səbəbindən Orxan evdən az çıxmağa çalışır. ”Elektrik arabam da var, amma ondan ağır olduğuna görə az istifadə edirəm”, — o, deyir.
Elə də olurdu ki, avtobus sürücüləri vaxt sərf etməyə istəmədikləri üçün heç avtobusu saxlamayıblar: “Məni götürməmək üçün min dənə səbəb tapırdılar: gah deyirdilər ki, tələsirlər, ya da ki avtobusda boş yer azdır”.
Şəhər minalı ərazi kimi
İmkanları məhdud olan insanlar üçün metroda hərəkətdən danışmamaq da olar. Bakı metrosu əlil arabaları üçün nəzərdə tutulmayıb. Eskalatorla arabada hərəkət etmək təhlükəsizlik qaydaları icazə vermir. Bakı metropoliteninin İctimayyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev dərində yerləşən stansiyalara isə yerin məhdudluğundan lift quraşdırmaq mümkün olmadığını deyir.
Dərinlikdə olmayan stansıyalarda pandus yerləşdirmək mümkündür. Pa.ayevin sözlərinə görə, yeni stansiyalarda liftlər quraşdırılıb. Bunlar 2016-cı ildən açılan “Memar Əcəmi-2” və “Avtovağzal” stansıyalarıdır.
Azad memarlar İttifaqının sədri Zemfira Budaqova deyir: “Sovet vaxtları binanın tıkintisi zamanı normalar mövcud idi. Əlilliyi olan insanlar enli liftlər və keçidləri olan xüsusi evlər tikirdilər. Ancaq adi binalarda əlilliyi olan şəxslər üçün şərait yox idi”. O, əlavə edir ki, indi yeni tikili binalarda iri liftlər və panduslar var.
Əlillik Təşkilatları İttifaqının prezidenti Davud Rəhimlinin sözlərinə görə, Konvensiya çərçivəsində evlər fiziki məhdudiyyəti olan şəxslərin yaşaya bilməsi nəzərə almaqla tikilməlidir. Amma Azərbaycanın 29 iyun 2012-ci il tarixli Şəhərsalma Məcəlləsində məhdudiyyəti olan şəxslər haqqında heç bir söz yoxdur.
Azərbaycan Tikinti Norma və Qaydaları (Dövlət Tikinti Normaları — AzDTN 2.6-1) 1999-cu ildə Nazirlər Kabinetinin əmri əsasında köhnə sovet СниП-ın əvəzinə gəldi. Bu normalar üzrə, evlərin, yaşayış qəsəbələrinin tikintisi zamanı əlilliyi və fiziki məhdudiyyəti olan şəxslərin sərbəst hərəkət etmələri üçün şərait yaradılmalıdır; qocalar və əlillər evi yerləşən ərazilərdə pandusun hündürlüyü 5 santimetrdən artıq olmamalıdır.
Orxan deyir ki, Azərbaycanda “küçələrdə əlilliyi olan insanların olmamasına öyrəşiblər”. Halbuki Bakının iri ticarət mərkəzləri və Heydər Əliyev adına mərkəz xüsusi tələblərə uyğun olaraq layihələşdirilibsə də — burada liftlər və dayaz panduslar var — əsasən ictimai sahələr məhdudiyyəti olan şəxslərin hərəkəti üçün nəzərdə tutulmayıb.
Yerəaltı keçidlərdə də insanların araba ilə hərəkəti nəzərə alınmayıb. Normalar üzrə pandusun əyriliyi 10–12 dərəcədən artıq olmamalıdır. Şəhərin içində yer məhdudluğundan panduslar varsa belə, çox dardır — onlara yalnız uşaq arabası yerləşə bilər, və çox dikdir — 40-45 dərəcə. Kənar şəxslərin köməyi olmadan onları enmək qeyri-mümkündür.
Gündəlik diskriminasiya
Əlilliyi olan şəxslər işə düzələrkən tez-tez diskriminasiya ilə qarşılaşırlar. Orxanın bu mənada bəxti gətirib — o, həm yerli, həm xarıcı şirkətlərdə, konsulluqlarda işləyib, inklyuziya ilə əlaqədar olan layıhələrdə iştirak edib.
Hətta o, deyir ki, çox vaxt diskriminasiya ilə üzləşir: “Avtobus sürücülərinin davranışı diskriminasiyadır, 140 manat (82 $) məbləği olan təqaüd də diskriminasiyadır”.
Ətrafdakıların davranışı da həmişə adekvat olmur. O, öz üzərində ətrafda olan insanların qeyri-sağlam diqqətini qeyd edir. “Qeyri-adi geyimi olan adam da diqqət cəlb edir. Bəs əlil arabasında insan haqqında nə deyək?” — Orxan deyir.
Çoxları terminlər haqqında düşünmür, Orxan deyir. Amma o, çox vacibdir: məhdudiyyəti olan insanların onlara “əlil” sözünün deyilməsi xoşlarına gəlmir.
“Biz psixi problemləri olan adamlara “psix” demirik axı. Ona görə “əlilliyi olan şaxslər” demək daha uyğundur. Bu terminologiya Azərbaycanın da qoşulduğu BMT-nin Konvensiyasında da qəbul edilib, bu, beynəlxalq praktikadır”, — o, söyləyir.
Əlillər təşkilatları İttifaqının məlumatına görə, ölkədə əhalinin 6%-də əlillik sahibidir. Cəmi əlilliyi olan şəxslərin sayı 568 149-dır. Onlardan təxminən 200.000 — qadın, 370.000 — kişi, 65.000 isə uşaqlardır.
Cəmiyyətə inteqrasiya
39 yaşlı Günay Məmmədovanın özünü xoşbəxt etmək üçün hər bir şəraiti var idi: sevən ailəsi, uğurlu işi. Lakin üç il bundan əvvəl ağır irsi xəstəlik nəticəsində görmə qabiliyyətini tamamilə itirdi.
«Mən karyera və uğurlu gələcək planlarım ilə vidalaşmaq məcbur oldum”, — o, deyir. Onu həmişə ya qızı, ya atası, ya həyat yoldaşı müşayiət edir. “Amma mağazada xırda bazarlığımı özüm edirəm. Qısa məsafələrə də özüm gedə bilirəm”, — Günay Məmmədova söyləyir.
Diskriminasiya ilə Günay üzləşməyib: “Əksinə, mənə həmişə çox nəzakətlə yanaşırlar, elə olur ki, avtobusda olarkən evimə və digər təyinat nöqtəsinə kimi ötürmək istəyirlər”. Günay işsiz qaldı, ancaq Birinci Tibb Kollecinə daxil oldu.
“Burada Tibb bacısı fakultəsinin nəzdində xüsusilə 1 və 2 qrup gözdən əlillər üçün tibbi və bərpa massajı fakultəsi açılıb. Mən elə burada oxuyuram”, — Günay deyir.
O, hesab edir ki, təşəbbüsü öz əlinə götürmək cəmiyyətə inteqrasiya üçün bir üsuldur. “Görməyən insanlar çox vaxtlar evdə oturub, özünə, öz məişətinə qapanırlar. Belə kurslar onların cəmiyyətə inteqrasiyasının əsasıdır”, — Günay söyləyir.
Sosial müdafiə — praktikasız, kağızda
Davud Rəhimlinin sözlərinə görə, Azərbaycanda əlilliyi olan insanlar üçün 14 bərpa mərkəzi fəaliyyət göstərir, amma bölgələrdəki mərkəzlərin təminatı pisdir, həm də savadlı işçi heyəti də azdır. O, deyir ki, buna görə imkanları məhdud olan insanlar bölgələrdən şəhərlərə gəlməyə məcburdular, burada isə bərpa mərkəzləri dolu olur.
2005-ci ildə Nazırlər Kabineti tərəfindən xüsusi sosial müdafiəyə ehtiyacı olan və işə düzəlmədə çətinlik çəkən insanlar üçün kvotaların tədbiqi haqqında Qaydalar təsdiq edilmişdir. Bu Qaydalara əsasən, əmək bazarında vəziyyətdən asılı olaraq, kvota müəssisədə işçilərin orta sayından hesablanaraq, üç-büş faiz arasında olmalı idi.
Amma bu qaydalara həmişə riayət olunmur. Əgər sahibkar kvotanı doldurmursa, onu üç minimal əmək haqqı dəyərində çərimə gözləyir. Reallıqda isə bu cərimələr nadirdir.
2009-cu ildə Azərbaycan BMT-nin əlilliyi olan insan hüquqları Konvensiyasına qoşulub. Bu sənədin 50 maddəsində hüquq və azadlıqların bərabərliyi, diskriminasiyanın olmaması, iş hüquqlarının təmin edilməsi, təhsil, lazımi tibbi xidmətlərin alınması, ədalətin təmini, azad hərəkət zəmanəti kimi suallar tənzimlənir.
Davud Rəhimlinin sözlərinə görə, əlilliyi olan insanların işə götürülməsini dəstəkləyən təşkilatlar mövcuddur. Məsələn, bu, ADA Universiteti “ASAN Xidmət” — vətəndaşlara xidmət edən dovlət agentliyidir. Çagrı mərkəzlərində də əlilliyi olan insanlarla da qarşılaşmaq olar.
Lakin, Vətəndaşların əmək haqqları Liqasının sədri Sahib Məmmədovun dediklərinə görə, əlilliyi olan insanlar işə düzələrkən tez-tez diskriminasiya ilə üzləşirlər. “İndi əlilliyi olan şəxsi işə qəbul etməyən sahibkarlar cərimələndiriləcək”, — Sahib Məmmədov deyir.
2017-ci ilin əvvəlində Milli Məclisin plenar iclasında bu sualın müzakirəsi zamanı deputat Musa Quliyev 2-ci və 3-cü qrup əlilliyi olan insanlar əmək qabiliyyətinə malik olanlar kimi hesab olunacaqlarını deyib. Azərbaycanda üç əlillik qrupu mövcuddur, və birincisi ən ağır qrup hesab edilir.
Dəyişiliklər zamanı səlahiyyətli orqanlar sahibkarları əlilliyi olan şəxslərin görə biləcəyi işlər haqqında məlumatlandıracaq, amma bunlar tövsiyyə xarakteri daşıyacaq.
Məmmədov vurğulayır ki, 1-ci qrup əlilliyi olanların əmək qabiliyyətli olmaqlarının qəbul edilməməsi onlara qarşı diskriminasiyadır, və bu, Konvensiyaya ziddir.
Davud Rəhimli deyir ki, Azərbaycan BMT-nin Konvensiyasına qoşuluqdan sonra əlilliyi olan insanların həyatlarını asanlaşdıra biləcək yeni qanun layihələri üzərində iş aparılır. Lakin onların icrası hələ ki qənaətbəxş deyil.
Həzırki məqalə Cənubi Qafqazda Fridrix Ebertin (Friedrich-Ebert-Stiftung) bölgə bürosunun dəstəyi ilə hazırlanmışdır. Bütün söylənmiş mövqe və terminologiya müəllif tərəfindən seçilib və redaktorun və ya Fondun mövqesini əks etdirməyə bilər.
İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var.
İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g
Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar.
Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.
Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan re
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan r