Zahiri patriarxallığa və yaşlılara qarşı hörmətə baxmayaraq, Azərbaycanda qocaların həyatı çətinliklərlə doludur. 100 dollarlıq orta pensiya ilə onlar yalnız sığınacaqlara, mehriban qohum-qonşuya və könüllülərə güvənə bilərlər.
Qlobal tendensiyalar
Azərbaycan, buna bütün həmrah olan atributlarla: daha yaşlıların fikirinə diqqət, qocalara qarşı qayğı ilə — patriarxal ölkə kimi qəbul edilir. Bu, həqiqətənmi belədir?
Reallıq isə bəyan edilmiş ənənədən fərqlidir. Cəmiyyətdə qayğıdan məhrum edilmiş, onlara qarşı lazımi hörmət göstərilməyən, tənha qocalar da mövcuddur. Sosioloq Humay Axundzadənin fikiri ilə, bu, ənənənin davranış idealı, nümunəsi kimi qəbil edilməsindən irəli gəlir.
Sosioloqun mövqesinə görə, uyğunsuzluğun səbəbi yeni nəsillərin mobilliyindən, nuklear ailələrin, yəni ki, baba-ata-oğul iyerarxiyası aydın izlənilən bir neçə nəsildən ibarət ailələrə əks olaraq, həyat yoldaşları və uşaqlarından ibarət ailələrin inkişafından irəli gəlir.
“Bütün dünyada iki nəsildən ibarət nuklear ailələrin sayı artır, ailədə uşaqların sayı azalır, gənc ailələrin miqrasiya səviyyəsi artır, — Axundzadə deyir, — Bu qlobal tendensiyalar Azərbaycana da toxunur və yaşlılar üçün yeni həyat reallıqları yaradır”.
Həmçinin, sosioloq qeyd etdiyi kimi, nuklearlıq və mobillik tendensiyaları yaşlılara qayğıda yeni praktikaların yaranmasını geridə qoyur. “Əsasən də Azərbaycanda əhali o qədər də yaşlı deyil, və qocalara qayğı göstərməmək hələ normaya düşməyib”, — sosioloq qeyd edir.
Sosial və iqtisadi özgəninkiləşdirmə
Hökümətin sosial siyasəti də patriarxal cəmiyyətin idealı ilə uyğun gəlmir. 2017-ci il üçün Azərbaycanda 70 yaşından artıq olan əhalinin sayı 377,8 min nəfər, 1,3 million təqaüdçü var, orta pensiyanın məbləği isə 192,20 manat (112 ABŞ dolları) təşkil edir. 2017-ci ilə yaşayış minimumu 155 (91 ABŞ dolları) manat, orta əmək haqqı isə 500 manat (294 ABŞ dolları) təşkil edir.
Həmçinin iyulun 1-dən etibarən hökümət pensiyaya çıxmaq üçün yaş həddini 65 yaşadək qaldırıb, kişi və qadınlar üçün eyni etdi. İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, pensiyaların indeksasiyası son üç il ərzində inflyasiyadan xeyli geridə qalır.
İctimai fəal və könüllü olan Səbinə Quliyeva danışır: “Nəzəriyyədə, mən bilən, yaşlı adamlara hər gün evə gələcək və bir saat ərzində yanlarında olacaq xəstə baxıcısıların nəzərda tutulduğu qurum mövcuddur. Amma, təəssüf ki, bizdə tənha qoca adamlara köməj edə biləcək patronaj xidməti işləmir”.
Bundan başqa, hələ 1999-cu ildən etibarən təqaüdçülər yararlanan ictimai nəqliyyatda getmək üçün və dərmanların alışında nəzərdə tütülmuş güzəştlər də ləğv edildi.
“Hal-hazırda biz, bir qoca nənənin problemləri ilə məşğuluq — o, gözdən əlildir, və içki düşgünü olan nəvəsi ilə birgə yaşayır, — könüllü Səbinə Quliyeva deyir, — O, nənəsini tez-tez atır, evdə günlərlə görsənmir. Nənə isə evdə tək qalır, qonşular yemək versə yaxşıdır, verməsə, ac qalır”.
Hökümət həmçinin tənha və evsiz yaşlılar üçün sığınacaqlar da saxlayır. Lakin, könüllü Səbinə Quliyevanın sözlərinə görə, oranın şaraiti pisdir.
Azrəbaycanda yaşlılar üzərində qəyyumluğu tənzimləyən qanunlar mövcüddur. Belə, Mülki Məcəlləyə əsasən, yaşlı şəxsin qəyyumu yalnız yaşayış və maddi vəziyyəti buna imkan verən şəxs olmalıdır. Yəni ki, potensial qəyyumun öz evi yoxdursa, yaşlı adamı ona etibar etməzlər, və həmçinin yaşlı şəxsin özü istənilən zaman müqaviləni dayandıra bilər.
Amma, könüllünün sözlərinə görə, ölkədə qocalar evlərinin sayı çox azdır: “Məsələn, Bilgəhdə (Bakının yaxınlığındakı qəsəbə) Qocalar evi var. Yumşaq desək, orada şərait heç yoxdur. Mən ora adam düzəltdirməyə heç cəhd etməmişəm. Həmçinin Bakının yaxınlığındakı Məştağa qəsəbəsindəki Psixiatriya Xəstəxanasında gerontologiya şöbəsi də var. Orada həmçinin yaşlı adamlar saxlanılır. Onlar ruhi xəstə deyillər, sadəcə yaşamağa yerləri yoxdur. Oradakı şərait də yaxşı deyil, koykalar dəhlizə düzülüb, 60 nəfər üçü nəzərdə tutulan şöbədə 90 nəfər yaşayır”.
Ötən il ekspert cəmiyyəti yaşlı adamların qəyyumluğa götürülməsi praktikasının müzakirəsinə başladı. Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov dedi ki, bu və ya buna oxşar qanun qəbul edilsə, o, yaşlı adamları fırıldaqçılardan qorumağa kömək edəcək.
Böyük Vətən Müharibəsinin veteranları
Böyük Vətən Müharibəsinin veteranlarının vəziyyəti digərlərindən bir qədər yaxşıdır. Dövlət Atatistika Komitəsinin məlumatına görə, bu günə onların sayı 353 nəfər təşkil edir, və hər il onlara prezidentitn xüsusi sərəncamına əsasən birdəfəlik müavinət ödənilir.
Bu il müavinətin məbləği, dövlətə xidmətdən asılı olaraq 1.000–1.500 (585–880 ABŞ dolları) manat təşkil etdi. Veteranların dul xanımları 500 manat (300 ABŞ dolları) aldılar, və bu, ölkədəli ortapensiyadan bir qədər artıqdır.
Mədəniyyətdə veteranlara hörmət bəslənir. Bədii əsərlər və memuarlar dərc olunur. Müharibə veteranlarından biri, hərbi jurnalist Aleksandr Qritçenko öz 95 yaşında indiyə kimi öz memuarlarının yenı nəşrlərinin təqdimatlarını keçirir.
Bundan başqa, hər il 9 may Qələbə günündə müxtəlif təşkilatlar veteranlarla görüşlər qurur, olara hədiyyələr verirlər.
Amma ölkədəki veteranın reallığı formal hörmət jestlərindən fərqlənir.
“Qoca aciz qadına heç kəs baxmaq istəmir”
Adilə Ağakişiyevanın 90 yaşına az qalıb. O, bütün Böyük Vətən Müharibəsini, ilk gündən sosuna kimi keçib, 1941-ci ildə gənc Adilə feldşer kurslarını bitirib, 1942-də isə onu tibb bacısı kimi cəbhə xəttinə göndərdilər.
Yaşlı qadın tək yaşayır. Ötən il onun bud boynu sınmışdı və indi o, yataqdan qalxmır. Tanış adam ona öz evində baxdı, və bunu əvəzinə Adilə xalanın öz evinin onun adına keçirilməsini istədi. Amma Adilə xala özgə evdə çox dözmədi və öz evinə qayıtdı.
“Mən öz mənzilimi mənə baxmağı öhdəliyinə götürən şəxsin adına keçirməyə hazıram, — o,deyir, — amma qoca tənha qadına baxmaq heç kəs istəmir”. Muzdla işləyən baxıcıya Adilə xala ayda 300 manat (175 ABŞ dolları) ödəyir; pensiyası buna imkan verir.
Öz pensiya və müavinətdən Adilə xala ümumiyyətlə razıdır. “Mən ayda 300 manat alıram. 200 manat mənim ümumi pensiyam, 100 manat isə — prezident pensiyasıdır”. Lakin veteranların çoxunun yaşı səksəni ötüb, və onlara müavinətdən başqa daimi qayğı və qulluq daha çox lazımdır.
7 kv. metrlik ev
Dövlətin zəif dəstəyi və köhnə tipli ailələrin azalması zamanı yaşlı adamlara az saylı kömək mənbəsi könüllülərdir.
Belə könüllülər konsetrasion düşərgələrdən keçmiş Sofya Vasilyevna Sokolovaya da kömək etdilər. 89 yaşlı nənənin heç veteran statusu da yoxdur. Onun pensiyası 160 manat (95 ABŞ dolları) təşkil edir.
Qardaşı, bacısı və anası ilə birlikdə Sofya Sokolova Bakının mərkəzində köhnə tikili bir otaqlı evdə yaşayırdı. Vaxt ötdükcə bütün qohumlarını itirib tək qaldı. Onun uşaqları da yoxdur.
Yaşamaq üçün şərait get-gedə pisləşirdi. Damdan su sızmağa başladı, balaca otaqdakı yer məhdudluğundan kartoq qutulara yığılmış əşyalar nəmlə dolurdu. Sanitar qovşağı da həyətdə idi, konsetrasion düşərgələrdə keçirilmiş ağır illərin də izi bilinirdi — ayaqların ağrısından o, evdən də çıxa bilmirdi.
Bakıdakı Arxangel Mixail məbədinin sosial xidmət şöbəsinin rəhbəri, hal-hazırda mərhum, özü də Qarabağ müharibəsinin veteranı Aleksandr Fyodoroviç Antropov Sofya Vasilyevanın evində təmir işlərini təşkil etdi. Könüllülər pul yığıb evin damını örtdülər, ikinci otaq və evin içində sanitar qovşaq üçün əlavə tikmə qurdular — əvvəl evin sahəsi cəmi 7 kvadrat metr idi.
“şükür allaha, yaxşı yaşayıram, heçnədən şikayətim yoxdur”, — Sofya Vasilyevna deyir. Könüllülər onu diqqətsiz qoymurlar, tez-tez ona baş çəkirlər, ərzaqla təmin edirlər (təqaüdçünün özü ayaqları xəstə olduğuna görə evdən çıxmır, halbuki ev işinin öhdəsindən gəlməyə çalışır).
“Ünsiyyət daha önəmlidir”
Yaşlı adamlar çox vaxt küçədə də qalırlar. Onların bəxti gətirə də bilər, və onları Bakının Katolik kilsəsinin nəzdində fəaliyyət göstərən Tereza Ananın Şəfqət bacıları sığınacağına da gətirə bilərlər. Katolik kilsəsinin baş rahibi Vladimir ata məlumat verdi ki, sığınacaq üçün torpaq Bakının mərkəzindən uzaq olan rayonda prezident tərəfindən ayrılıb, və orada xudmanı bir ev tikilib.
Sığınacaq 2006-cı ildən işləyir. Sığınacaqda evi və qohumları olmayan yaşlı adamlar qala bilər. “Bura hər şeyini itirmiş adamlar düşür. Onlar ya özləri gəlir, yaxud kimsə onları küçədən tapıb gətirir, və ya şəfqət bacıları özləri kimisə küçədə görüb və onun köməyə ehtiyaclı olduğunu anlayıb bura gətirirlər. Çox vaxt bu, geyri-sağlam, sənədlərini itirmiş adamlar olur. Tez-tez özünə qayğı göstərə bilməyən yaşlılar da olur”, — rahib deyir.
Rahibin sözlərinə görə, sığınacaqda məskünlaşanların əksəriyyətinin ailələrində problem yaşanıb. Sığınacaq isə çox kiçikdir, burada 20 nəfər saxlanılır, və Vladimir atanın sözlərinə görə, bu, çoxdur. Yaşlılardan başqa, bura hərdən bir çətin vəziyyətə düşmüş adamlar da gəlir. Bu adamlara, özlərinə kömək etmək üçün, yaşlılara kömək etməyi öyrədirlər.
“Hərdən bir onlar burada işləyib yaşamaq üçün qalır, amma sığınacağın şəraitləri olduqca ciddi və ağırdır, yaşlı adamlara qayğı göstərməyin öhdəsindən gəlmək hər kəsin gücü çatmır”, — o, söyləyir.
Rahibin sözlərinə görə, digər dini icmalara kimi, onlara da dövlət tərəfindən yardım göstərilir: “Şəfqət bacılarına pul xahiş etmək qadağandır, onlar heç bir layihələrdə iştirak edə bilməzlər, amma kimsə istəyirsə. Maddi yardım göstərə bilər”.
Həmçinin o, bacıların xahişi ilə sığınacaq sakinlərinə həkimlərin hərdən kömək etdiklərini söyləyir. Yaşlı adam rəhmətə getsə, onu sığınacağın vəsaiti hesabına yaxınlıqakı qəbirstanlıqda dəfn edirlər.
Vladimir atanın dediklərinə görə, yaşlıların ən böyük problemi tənhalıqdır. O, hesab edir ki, insanlar arasındakı ünsiyyət hətta sağlamlıqdan və öz evindən daha vacibdir.
Bu məqalə Friedrich-Ebert-Stiftung (FES) Cənubi Qafqazdakı Regional ofisinin dəstəyi ilə hazırlanıb. Məqalədəki fikirlər, terminologiya, yazı müəllifinin sözləridir, FES və OC Media-nın redaksiya heyətinin nəzər-nöqteyini əks etdirmir.
İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var.
İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g
Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar.
Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.
Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan re
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan r